Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın yetirməsi rəsmən Super Liqa klubunda - FOTO

"Qarabağ"ın yetirməsi rəsmən Super Liqa klubunda -   FOTO

"Super Liqadan təklif almışam" - Burak Yılmaz (23 Mart 2017 20:47)
Didye Droqba ikinci liqa klubunda (23 Mart 2017 16:17)
Klub prezidenti Messini istəmədi (01 Mart 2017 15:57)

Tarix: 30 Dekabr 2015 17:37

Xəbər verdiyimiz kimi, Türkiyənin "Mersin İdman Yurdu" klubu iki azərbaycanlı futbolçu -  "Qarabağ"dan Qara Qarayev və "Sumqayıt"dan Tural Rzayevin xidmətində maraqlıdı. Sport7.az saytının məlumatına görə, artıq bu transferlərdən biri reallaşır. 


Məlumata görə, bu gün Türkiyədə məşqçilər korpusu ilə Mersin təmsilçisinin rəhbərliyinin görüşü olub. Görüşdə Rzayevin transferinə razılıq verilib. Bundan sonra isə "Qarabağ"ın yetirməsi Tural Rzayevin keçidi üçün "Sumqayıt"a rəsmi təklif göndərilib.


"Kimyaçılar"ın prezidenti Kamran Quliyev isə bu təklifə müsbət cavab verib və 20 yaşlı yarımmüdafiəçinin Super Liqa klubunda oynamasına müsbət yanaşıb.


Futbolçunun özü isə klublar arasında müzakirələrin agenti tərəfindən yüksək səviyyədə aparıldığını və yaxın günlərdə bu keçidin rəsmiləşəcəyinə ümid etdiyini bildirdi. 


Qeyd edək ki, Tural Rzayevin transferinin baş tutması nəticəsində o, Super Liqa klubunda çıxış edən ilk gənc yerli futbolçu kimi Azərbaycan futbolunun tarixinə düşəcək.



Fanat.az


Teqlər:  Qarabağın yetirməsi rəsmən Super Liqa klubunda FOTO



RƏYLƏR


Top xəbərlər