İbrahimoviç yarım tonluq heyvan vurdu (FOTO)

İbrahimoviç yarım tonluq heyvan vurdu (FOTO)
15:51 30 Dekabr 2014
127 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il tətilini ölkəsi İsveçdə keçirən Zlatan İbrahimoviç ov zamanı maral vurub.

ANS PRESS-in məlumatına görə, futbolçunun 500 kiloqramlıq bir maralı tək güllə ilə öldürməsi mətbuatın gündəminə düşüb.

Məlumata görə, İbrahimoviçin ov qabiliyyətləri İsveç Ovçuluq Birliyinin sədrini xeyli təəccübləndirib. Sədr, heç bu böyüklükdə bir heyvan ovlamadığını söyləyərək İbrahimoviçə təriflər yağdırıb.

Ancaq heyvan haqqları dərnəkləri ulduz oyunçuya qarşı kəskin reaksiya göstərib. İsveç Heyvan Haqqları Birliyi İbrahimoviç kimi məşhur birinin ovçuluq fəaliyyətlərini dəstəkləməsinin düzgün olmadığını bildirib.

Qeyd edək ki, 9 milyon əhalisi olan İsveçdə 300 mindən çox lisenziyalı ovçu var. 4 ildir ovçuluq lisenziyası olan İbrahimoviç isə tez-tez ova getməyi çox sevdiyini dilə gətirir.








Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=317165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR