Xalq artisti ​Səməd Səmədovun qarmon çalanının qarmonunu oğurlamaqda təqsirləndirilən şəxsə bəraət verilib

Xalq artisti ​Səməd Səmədovun qarmon çalanının qarmonunu oğurlamaqda təqsirləndirilən şəxsə bəraət verilib
17:47 30 Dekabr 2015
49 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Səməd Səmədovun ansanbılının üzvü, qarmon ifaçısı Elnur Bəkirovun 5 min manatlıq qarmonu oğurlamaqda təqsirləndirilən Səbuhi Quliyevin cinayət işinə xitam verilib. Bu barədə "Report"a Səbuhi Quliyevin vəkili Adəm Məmmədov məlumat verib.
Vəkil bildirib ki, 2014-cü ilin sentyabrın 26-da Bəkirov Elnur Rasim oğlu ərizə ilə Binəqədi Rayon Polis İdarəsi (RPİ) 5-ci Polis Bölməsinə (PB) müraciət edib. O, müraciətində bildirib ki, naməlum avtomobildə 5 min manat dəyərində olan qarmaonu və 150 manatlıq ekvolayzer cihazı oğurlanıb. Həmin fakta görə 2014-cü ilin oktyabrın 9-da Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb: "Hüquqlarını müdafiə etdiyim Quliyev Səbuhi Əlfəs oğlu cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulub və həmin maddə ilə ona ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb olunub. Amma onun Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham edilməsinə kifayət qədər sübutlar olmadığından ona ittiham elan etmək mümkün olmayıb. Kifayət qədər sübut olmadığından və şühbə kifayət qədər əsaslı olmadığından Quliyev Səbuhi Əlfəs oğlu Binəqədi RPİ-nin Müvəqqəti Saxlama Yerindən azad edilməklə və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 2015-ci il fevralın 12-də onun barəsində qətimkan tədbirinin ləğv edilməsi və şübhəli şəxs statusunun üzrəindən götrülməsi barədə qərar qəbul edilib. Həmçinin müstəntiq Elşən Qarayev tərəfindən cinayət işi üzrə icraat Cinayət Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılıb. 
Eyni zamanda, cinayət iş üzrə Səbuhi Quliyevin təqsirləndirilən şəxs qismində və Elnur Bəkirov zərərçəkmiş şəxs qismində statusları ləğv edilib".

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/xalq-artisti-semed-semedovun-qarmon-calaninin-qarmonunu-ogurlamaqda-teqsirlendirilen-sexse-beraet

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR