Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
18:03 30 Dekabr 2015
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Böyüklər arasında Azərbaycan çempionatında ən güclülər məlum olub.

Trend-in məlumatına görə, dekabrın 30-da Azərbaycan Boks Federasiyasının boks mərkəzində 10 çəki dərəcəsində final döyüşləri keçirilib.

Beş gün davam edən ölkə birinciliyində “Neftçi”, “Qızıl əlcək”, “Rabitəçi”, “Sərhədçi”, “Gömrükçü”, DİN İdman Cəmiyyəti, “Zenit”, “Lokomotiv” klubları ilə yanaşı, regionların təmsilçiləri də iştirak ediblər.

Gərgin mübarizə şəraitində keçən yarışda Araz İmaməliyev (46-49 kq), Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov (56 kq), Elməddin İsmayılov (60 kq), İman Əhmədli (64 kq), Elnur Süleymanov (69 kq), Nikolay Veselov (75 kq), Orxan Mayıllı (81 kq), Rahil Məmmədli (91 kq) və Kamran Mehdiyev (91 kq-dan yuxarı) qalib gəliblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2476021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR