Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Detalını itirmiş təyyarə okean üzərindən uçdu

Detalını itirmiş təyyarə okean üzərindən uçdu

Date: 30 December 2015 18:05

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 30-da Yaponiyanın JAL (Japan Airlines) şirkətinə məxsus detalını itirmiş "Boeing 777" sərnişin təyyarəsi Narita aeroportunda qəza enişi edib.

Təyyarə ABŞ-ın Çikaqo şəhər aeroportundan havaya qalxaraq Tokionun Narita limanında eniş edib. Havaya qalxdıqdan sonra cihazlar şassilərdə problem olduğunu göstərib.

Çikaqo aeroportunun əməkdaşları təyyarə heyətinin sorğusuna əsasən uçuş-enmə zolağını araşdırarkən burada qopmuş detalı tapıblar. Bu detalın düşməsi təyyarənin hərəkətinə mane olmadığına görə o Yaponiyaya doğru uçuşunu davam etdirib.

İlkin ehtimala görə, təyyarə Çikaqo aeroportundan qalxarkən buz yığınına toxunub. Təyyarənin enişi zamanı sərnişinlərdən və heyət üzvlərindən heç biri zərər çəkməyib.

Milli.Az


Tags:  Detalını itirmiş təyyarə okean üzərindən uçdu


RƏYLƏR


Top news