Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 2965 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanlar

Date: 30 December 2015 18:28


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 2965 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №10, maddə 882; 2011, №2, maddə 143, №6, maddə 534, №9, maddə 810; 2012, №1, maddə 18, №3, maddə 248; 2013, №11, maddə 1345; 2014, №1, maddə 28, №2, maddə 174, №9, maddələr 1080, 1108) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi”ndə dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2015-ci il.

Tags:  Azərbaycan Respublikası Prezidentinin 2008-ci il avqust tarixli 2965 nömrəli Sərəncamı təsdiq edilmiş Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının Daxili Qoşun


RƏYLƏR


Top news