Putin Ərdoğanı gözü yolda qoydu

Putin Ərdoğanı gözü yolda qoydu
18:36 30 Dekabr 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin ölkə başçılarına Yeni il təbrikləri ünvanlayıb.

ANS RESS-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Putinin təbrik etdiyi siyasətçilər arasında Azərbaycan prezidenti İlham Əliyev, Almaniya kansleri Angela Merkel, Belarus prezidenti Aleksandr Lukaşenko, Braziliya prezidenti Dilme Rousseff, Böyük Britaniya baş naziri Devid Kemeron və II kraliça Yelizaveta, İsrail baş naziri Benyamin Netanyahu, İspaniya kralı VI Filipp, İtaliya baş naziri Matteo Rensi, Roma Papası Fransisk, Çin Xalq Respublikasının sədri Si Szinpin, Fransa prezidenti Fransua Olland, ABŞ prezidenti Barak Obama və digər ölkələrin prezidentləri var.

Rusiya lideri prezidenti İlham Əliyevə təbrik teleqramında bildirib ki, bu il Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf etdi. Vladimir Putin Azərbaycan və Rusiya arasında Qafqazda və Xəzərdə təhlükəsizliyin və stabilliyin təmin edilməsi naminə strateji tərəfdaşlıq üzrə sıx birgə fəaliyyətin davam edəcəyinə ümid bəslədiyini də bildirib.


Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev


Putin təbrik müraciətində bildirib ki, keçən il beynəlxalq təhlükəsizliyin təminatının əsas amillərinin Rusiya və ABŞ arasındakı münasibətlərin olmasıdır: “Maraqları nəzərə almaqla dialoq və əməkdaşlıq etmək mümkündür. Rusiya və ABŞ dialoq vasitəsi ilə müxtəlif regionlarda böhranların nizama salmasıda köməklik göstərə bilər”, - deyə Putin Obamaya təbik məktubunda bildirib.


ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin


Rusiya prezidentinin təbrikində Fransa, Almaniya və digər Avropa dövlətləri terrorçuluğa qarşı mübarizə əməkdaşlığının vacibliyi vurğulanıb.

Təbrik siyahısında Ukrayna prezidenti Pyotr Poroşenkonun və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın adı yoxdur. Poroşenko Krımın və Ukraynanın şərqinin işğalından sonra Ərdoğanla isə qırıcı qalmaqalından sonra Putinlə soyuq münasibətdədir.

Ən maraqlı isə Putinin əsas müttəfiqlərindən biri Bəşər Əsədin adının təbrik siyahısına salınmamasıdır. Görünür Vladimir Putin və Bəşər Əsəd arasında heç bir problem yoxdur. Çünki Rusiya prezidenti oktyabrın 30-da Əsədin dəvəti ilə Suriyanı terrorçulardan təmizləmək üçün hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar başladıqdan sonra isə Bəşər Əsəd gecə gizli şəkildə Moskvaya səfər edib.


Suriya prezidenti Bəşər Əsəd və Rusiya prezidenti Vladimir Putin

Əsədin təbrik siyahısında adının olmaması Putinlə aralarında soyuq küləklərin əsməsini deməyə əsas verir. Yəqin ki, Rusiya digər münaqişə tərəfləri ilə Əsədin hakimiyyətdən getməsi barədə razılığa gəlib. Rusiya prezidenti Bəşər Əsədə getməsi barədə mesaji onu təbrik etməməsi ilə göndərir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR