Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur türk şokda: ögey bacısı ortaya çıxdı

Məşhur türk şokda: ögey bacısı ortaya çıxdı

Date: 30 December 2015 18:37

Almaniyada özünü futbolçu Məsut Özilin ögey bacısı olduğunu iddia edən bir nəfər ortaya çıxıb.

Qol.az-ın "Bild" qəzetinə istinadən yaydığı xəbərə görə, 25 yaşlı Denise K. adlı qadın M.Özilin atası Mustafa Özilin onun atası olduğunu bildirib və bunu sübuta yetirmək üçün məhkəməyə müraciət edib.

Qəzetə müsahibəsində beş yaşlı uşaq anası olan Denise K. deyib: "Məsutun və ailənin digər üzvlərinin məndən xəbəri var. Onlar hamısı mənə qarşı soyuqluq ediblər. Atam Gülizar Özillə evli olanda mənim anamla da münasibətdə olub. 11 yaşım olanda anam dünyasını dəyişdi. Atam həmişə məni öz ətrafına tanışının qızı kimi qələmə verirdi. Bu isə mənə çox toxunurdu".

Qeyd edək ki, Denise K.-nın Məsutun atasına qarşı məhkəmə iddiasına 2016-ci ildə baxılacaq.

Milli.Az 


Tags:  Məşhur türk şokda ögey bacısı ortaya çıxdı

RƏYLƏR


Top news