Daxili İşlər Nazirliyinin strukturunda dəyişiklik edilib

Daxili İşlər Nazirliyinin strukturunda dəyişiklik edilib
18:38 30 Dekabr 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nun 3-cü hissəsinin yeddinci abzası aşağıdakı redaksiyada verilsin:

“Əlahiddə Çevik Polis Alayı və digər nizami polis hissələri”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2476035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR