Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bır sıra məhkəmələrə sədr təyin edildi - SƏRƏNCAM

Azərbaycanda bır sıra məhkəmələrə sədr təyin edildi - SƏRƏNCAM

Date: 30 December 2015 18:44

Prezident İlham Əliyev birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə,  sərəncama əsasən  Nəbiyev Mahmud Yusif oğlu  Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri, Əliyev Natiq Mürsəl oğlu  Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri, Süleymanov Əli Ziya oğlu - Cəlilabad Hərbi Məhkəməsinin sədri, Kazımov Elçin Məmməd oğlu - Lənkəran Rayon Məhkəməsinin sədri təyin edilib.

 

Prezident İlham Əliyev eləcə də Gəncə Apellyasiya Məhkəməsinə sədr təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Tapdıq Şükür oğlu Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin olub.

 

 

 


Tags:  Azərbaycanda bır sıra məhkəmələrə sədr təyin edildi SƏRƏNCAM

RƏYLƏR


Top news