Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyevdən yeni təyinatlar (SİYAHI)

İlham Əliyevdən yeni təyinatlar (SİYAHI)

Date: 30 December 2015 18:46

Prezident İlham Əliyevin sərəncamı ilə məhkəmə orqanlarında bir sıra təyinatlar olub.

ANS PRESS-in məlumatına görə, İlham Əliyev Tapdıq Şükür oğlu Mahmudovu Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edib.

Prezidentin digər sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələri sədrləri də təyin edilib. Sərəncamda qeyd olunur ki, aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin sədrləri təyin edilsinlər:

Nəbiyev Mahmud Yusif oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri
Əliyev Natiq Mürsəl oğlu - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri
Süleymanov Əli Ziya oğlu - Cəlilabad Hərbi Məhkəməsinin sədri
Kazımov Elçin Məmməd oğlu - Lənkəran Rayon Məhkəməsinin sədri

Bu sərəncam 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.



İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədrlərinin təyin edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağıdakı hakimləri həmin məhkəmənin kollegiya sədrləri təyin edilsinlər:

Şəlalə Ağakərim qızı Məmmədova - Mülki Kollegiyanın sədri
Hikmət Abbas oğlu Mirzəyev - İnzibati-İqtisadi Kollegiyanın sədri
Şahin Yaşar oğlu Yusifov - Cinayət Kollegiyasının sədri

Tags:  İlham Əliyevdən yeni təyinatlar SİYAHI


RƏYLƏR


Top news