Bir stəkan suyun tərkibində 10 milyon faydalı bakteriya var

Bir stəkan suyun tərkibində 10 milyon faydalı bakteriya var
18:48 30 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Stokholm, 30 dekabr, AZƏRTAC
İsveçin Lund Universitetinin alimləri adi kəmər suyunu tədqiq edərək, onun tərkibində xeyli faydalı mikroorqanizm aşkar ediblər.
Tədqiqatın nəticələri KİV-də dərc olunub.
Ekspertlər bildirirlər ki, bir stəkan təmiz içməli suyun tərkibində təqribən 10 milyon faydalı bakteriya var. Bu bakteriyalar suyu təmizləməyə kömək edir və onu təhlükəsiz edir.
Lakin alimlər qeyd edirlər ki, hazırda bu mikroorqanizmlər az öyrənilib. Kəmər suyunda və boruların daxili səthində məskunlaşan bu bakteriyalar burada nazik yapışqan örtük – bioplyonka əmələ gətirir. Onlar su anbarından evdəki kranlaradək uzanan boruların daxili səthini örtür.
Tədqiqatçılar hesab edirlər ki, bu bakteriyalar suyun təhlükəsizliyində əvvəllər hesab edildiyindən daha böyük rol oynayır. Məsələn, onlar hesab edirlər ki, su təkcə təmizləyici qurğularda deyil, borularda da təmizlənir.
Tədqiqatın müəllifi Ketrin Pol deyib: “Daha əvvəl bizə məlum olmayan tamamilə başqa ekosistem aşkar etmişik. Əvvəllər siz çətin ki hər hansı bakteriya görə bilərdiniz, lakin indi DNT-nin sekvenləşdirilməsi və axar sitometriya kimi üsullar sayəsində biz bir millilitr içməli suda 80 minə qədər bakteriya aşkar etmişik”.
Ekspertlər bildirirlər ki, su kəməri sistemində azı bir neçə min müxtəlif növ suyun keyfiyyətinə təsir göstərən bakteriya yaşayır. Bu məlumat suyun insan sağlamlığına təsirinin öyrənilməsində faydalı ola bilər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bir_stekan_suyun_terkibinde_10_milyon_faydali_bakteriya_var-915642

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR