“Dubay Xalça və İncəsənət Vahəsi” sərgisində Azərbaycan xalçaları da nümayiş etdirilir

“Dubay Xalça və İncəsənət Vahəsi” sərgisində Azərbaycan xalçaları da nümayiş etdirilir
18:48 30 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da “Dubay Xalça və İncəsənət Vahəsi” sərgisinin açılışı olub.
Açılış mərasimində Dubay Əmirliyinin Dəniz Limanları, Gömrük və Cəbəl Əli Azad Zona Komitəsinin sədri Sultan Əhməd Sultan bin Sulayem, Dubay Gömrüyünün direktoru Əhməd Məhbub Musabih, Azərbaycanın Dubay və Şimal əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə və digər qonaqlar iştirak ediblər.
“World Trade Center”də təşkil olunan sərgidə Azərbaycan xalçaları üçün də xüsusi guşə yaradılıb. Baş konsulluğun təşəbbüsü və dəstəyi ilə Azərbaycandan “Azər-İlmə” Xalçaçılıq Mərkəzi də sərgiyə qatılıb.
Xalça sərgisi, eyni zamanda, “Dubai Shopping Festival” kompaniyası çərçivəsində təşkil olunub. Bu səbəbdən dünyanın müxtəlif ölkələrindən gələn çoxsaylı turistlərin sərgiyə böyük maraq göstərəcəkləri şübhə doğurmur.
Həmçinin KİV-də mütəmadi olaraq xalça sərgisi haqqında məqalələr yerləşdirildiyi üçün Dubaya gələn turistlər sərgiyə daha çox maraq göstərirlər.
“Gulf News” qəzetində “Dubay Xalça və İncəsənət Vahəsi”ndə Azərbaycan xalçaları haqqında məqalə dərc olunub. Məqalədə bu il ilk dəfə olaraq sərgidə Azərbaycan xalçalarının da nümayiş olunduğu qeyd edilib.
Baş konsul P.İsmayılzadə yerli jurnalistlərə sərgi, Dubay-Azərbaycan ikitərəfli münasibətləri haqqında müsahibə verib.
Sərgi 2016-cı il yanvarın 15-dək davam edəcək.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dubay_Xalcha_ve_Incesenet_Vahesi_sergisinde_Azerbaycan_xalchalari_da_numayis_etdirilir-915641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR