Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fövqəladə Hallar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Fövqəladə Hallar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Date: 30 December 2015 18:53


Bakı, 30 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində və bayram günlərində hər hansı mümkün fövqəladə hadisənin qarşısının operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib. Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb.

Tags:  Fövqəladə Hallar Nazirliyi bayram günlərində gücləndirilmiş rejimində işləyəcək


RƏYLƏR


Top news