Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Beş yüzədək hərbçi ailəsi daimi mənzillə təmin olunub

Beş yüzədək hərbçi ailəsi daimi mənzillə təmin olunub

Date: 30 December 2015 18:53


Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizə göstərilən diqqət və qayğı nəticəsində ordumuzun inkişafı 2015-ci ildə də yüksələn templə davam edib. Maddi-texniki təchizat güclənib, bir çox sosial-məişət məsələləri həllini tapıb, ən yeni silah və texnikaların alınması, peşəkar kadrların hazırlanması işi davam etdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, il ərzində mindən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi ailəsi isə daimi mənzillə təmin olunub. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, hərbi xidmətdə və ehtiyatda olan hərbçi ailələri bu gün - bayramlar ərəfəsində daha bir sevincli xəbər alıb. Müvafiq Komissiyanın qərarına və təsdiq olunan siyahılara əsasən, daha 500 hərbiçi ailəsi Gəncədə daimi mənzillə təmin olunub.
Мüdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavinin, hərbi qulluqçuların ailə üzvlərinin iştirakı ilə Bakı, Naxçıvan, Bərdə şəhərlərində keçirilən təntənəli mərasimlərdə daimi mənzillərin açarları və sənədləri sahiblərinə təqdim edilib.
Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya, eyni zamanda, bu bayram günlərində bəxş edilən sevincli anlara görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






Tags:  Beş yüzədək hərbçi ailəsi daimi mənzillə təmin olunub


RƏYLƏR


Top news