Şahbuz rayonunun Şada kəndindəki hərbi hissəyə bayram sovqatı aparılıb

Şahbuz rayonunun Şada kəndindəki hərbi hissəyə bayram sovqatı aparılıb
19:03 30 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycandakı hərbi attaşelər hərbi hissədə - FOTO (14 İyun 2017 17:53)
PKK terrorçuları Türkiyədə hərbi hissəyə hücum edib: 2 ölü, 3 yaralı (09 İyun 2017 22:01)
Türkiyədə hərbi hissəyə HÜCUM - Yaralılar var (09 İyun 2017 12:29)


Şahbuz, 30 dekabr, AZƏRTAC
Ümummilli liderimiz Heydər Əliyev deyib: “Dünya azərbaycanlılarının həmrəyliyinin qayəsini təşkil edən azərbaycançılıq və Azərbaycan dövlətçiliyi ideyaları soydaşlarımızı birləşdirən milli məfkurəyə çevrilmişdir”.
Bu gün ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da xalqımızın milli birliyinin təqviminə çevrilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü geniş qeyd olunur. Bayram günlərində əsgərlərlə görüşlərin keçirilməsi, xüsusilə dağ və sərhəd kəndlərində xidmət edən əsgər və zabitlərə bayram sovqatlarının aparılması ənənə halını alıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz rayonunun Şada kəndindəki hərbi hissəyə gəlib, əsgər və zabitlərlə görüşüb.
Ali Məclisin Sədri əsgərləri salamlayıb, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək deyib: Bu gün ölkəmizdə dövlət-ordu-xalq birliyi vardır. Bayram günlərində hərbi hissələrdə şəxsi heyətlə görüşlərin keçirilməsi də dövlət-ordu-xalq birliyinin nəticəsidir. Çünki birlik və həmrəylik hərbi xidmətin əsasını təşkil edir. Düşmən qarşısında gücü təmin etmək üçün, ilk növbədə şəxsi heyət arasında birlik yaradılmalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisində yerləşən ordu, birləşmə və hissələrində xidmət edən şəxsi heyət arasında birlik yaradılmış, xidmətin təşkilində “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” prinsipi əsas götürülmüşdür. Düşmənlə təmas xəttində hərbi xidmətin uğurlu təşkili də məhz bu prinsipə əməl edilməsinin nəticəsidir.
Ali Məclisin Sədri sərhədlərimizdə xidməti uğurlu təşkil etdiklərinə görə əsgər və zabitlərə təşəkkür edib.
Əsgər İlmar Kazımlı və Hüseyn Qasımov minnətdarlıq edərək deyiblər: Dövlətimizin yaratdığı şəraitin və göstərdiyi diqqətin nəticəsidir ki, əsgərlər dəniz səviyyəsindən 1500 metr yüksəklikdə Vətənin müdafiəsində mətin dayanıblar. Bayram günündə Şada bölgəsində xidmət edən əsgərlərlə görüşün keçirilməsi şəxsi heyətin böyük sevincinə səbəb olub. Dövlətin və xalqın dəstəyini üzərində hiss edən hər bir əsgərin döyüş ruhu daha da artır. Ölkəmizdə əsgər adına verilən yüksək qiyməti, göstərilən diqqət və qayğını minnətdarlıq hissi ilə qarşılayır, etimadı doğrultmağı ən yüksək amal kimi qəbul edirik.
Sonra Ali Məclisin Sədri hərbi hissədə xidmətin təşkili ilə maraqlanıb.
Məlumat verilib ki, hərbi hissənin maddi-texniki təminatı, əsgərlərin məişət və xidməti şəraiti müasir tələblər səviyyəsində qurulub. İkimərtəbəli binada əsgər və zabit yataqxanaları, ideoloji otaq, ərzaq və əşya anbarları, tibb məntəqəsi, yeməkxana və digər otaqlar vardır. Hərbi hissədə xidmət günün nizam qaydalarına uyğun təşkil olunur, əsgərlərin normal qidalanması və sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır.
Ali Məclisin Sədri xidmətin nümunəvi təşkili ilə bağlı tapşırıqlar verib.
Şəxsi heyətə bayram hədiyyələri paylanıb, gətirilmiş ərzaq məhsulları anbara təhvil verilib.
Şada kəndində yaşayan hərbçi ailələri ilə
 görüş olub
Muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər çərçivəsində hərbçi ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. İstər Naxçıvan şəhərində və rayon mərkəzlərində, istərsə də ucqar dağ və sərhəd kəndlərində bu istiqamətdə ardıcıl tədbirlər görülür. Bu gün Şada kəndində xidmət edən hərbi qulluqçuların ailələri də lazımi məişət şəraiti olan mənzillərdə yaşayırlar.
Dekabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbçi ailələri ilə görüşüb, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək deyib: Ölkəmizdə hərbçi ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər ardıcıl şəkildə davam etdirilir. Bu günlərdə Naxçıvan şəhərində zabit ailələri üçün 68 mənzilli yeni yaşayış binasının açılışı olmuşdur. Vaxtilə Şada kəndində yaşayış binasının tikilib istifadəyə verilməsi də hərbçi ailələrinin rahat yaşayışına səbəb olmuşdur.
Aynur Qarayeva hərbçi ailələri adından minnətdarlıq edərək deyib: Biz sərhəd kəndində yaşayırıq. Lakin kənd sakinləri kimi, burada yaşayan 8 hərbçi ailəsi də lazımi məişət şəraiti ilə təmin olunub. Ölkəmizdəki sabitlik və inkişafı, birlik və həmrəyliyi hər bir ailə öz həyatında hiss edir.
Uşaqlardan Əli Məmmədov, Aydan və Tuncay Qarazadələr Vətənə həsr olunmuş şeirlər söyləyiblər.
Sonda uşaqlara və hərbçi ailələrinə bayram hədiyyələri təqdim olunub.
Şada kənd məktəbində müasir tədris
 şəraiti yaradılıb
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şada kənd tam orta məktəbində olub.
Məlumat verilib ki, məktəbdə kitabxana, hərbi kabinə, idman zalı, elektron lövhəli sinif, kompüter və şahmat otaqları, müasir tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilib. Yaradılan şəraitin nəticəsidir ki, hər il şagirdlər ali və orta ixtisas məktəblərinə, Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunurlar.
Ali Məclisin Sədri məktəbin müəllim və şagirdləri ilə görüşüb, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək deyib: Ölkəmizdə məktəb işinə, gələcəyimiz olan gənclərin bilikli və vətənpərvər böyüdülməsinə xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd yaşayış məntəqəsi olan Şada kəndində gənclər müasir məktəb binasında təhsil alırlar. Ona görə də müəllimlər gənclərin hərtərəfli təhsil alması və vətənpərvər böyüdülməsi qayğısına qalmalıdırlar. Çünki vətənpərvər gənc gələcəkdə hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq ölkəsinə və xalqına fayda verəcəkdir.
Ali Məclisin Sədri ötən tədris ilində qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edib, onlara tədrisdə uğurlar arzulayıb.
Məktəbin müəllimlərindən Niftalı Şirinov və Bəxtiyar Abbasov minnətdarlıq edərək deyiblər ki, bu gün Şada kəndində insanların rahat yaşayışı üçün bütün tədbirlər görülüb. Kəndin müdafiəsi hərtərəfli təşkil olunub, dövlət qurumları üçün bina tikilib, rahat yol çəkilib, müasir məktəb binası istifadəyə verilib. Çalışacağıq ki, təhsilli və vətənpərvər gənclər yetişdirməklə göstərilən etimadı doğruldaq.
Məktəbin müəllim və şagirdlərinə bayram hədiyyələri paylanılıb.
x x x
Həmin gün Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə alan xəstələrə və tibb işçilərinə bayram sovqatları paylanıb, müxtəlif adda ərzaq məhsulları anbarlara təhvil verilib.



RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Göygöldə mübahisə edən şəxslərdən biri digərini maşınla vurub

25 İyun 2017 22:07

Onlar fotoşop qurbanlarıdır - FOTO

25 İyun 2017 22:05

Bakıda 25 min manatlıq CİNAYƏT

25 İyun 2017 22:04

Tanınmış teleaparıcı rep oxudu - VİDEO

25 İyun 2017 21:58

BMW 6-Series Gran Turismo - FOTO

25 İyun 2017 21:57

Adolf Hitler ölməyib -

25 İyun 2017 21:53

Darçın yağının faydaları

25 İyun 2017 21:52

Evə soxulub ana və qızı bıçaqlayan tutuldu

25 İyun 2017 21:47

Saqqız çeynəməyin faydaları

25 İyun 2017 21:47

Lənkəranda qətl törədən şəxs Bakıda tutuldu

25 İyun 2017 21:44

İsrail hərbiçiləri sərhəddə Suriya mövqelərinə hücum edib

25 İyun 2017 21:43

Konfederasiyalar Kuboku: Yarımfinal cütlükləri bəlli oldu

25 İyun 2017 21:42

Lexus CT 200h-ı təkmilləşdirib - FOTO

25 İyun 2017 21:37

Yuxarı Şirvan kanalında naməlum kişi meyiti tapılıb

25 İyun 2017 21:32

19 yaşlı aktrisa alış-verişdə - FOTO

25 İyun 2017 21:32

Almaniyadan Ərdoğanın mühafizəçilərinə QADAĞA

25 İyun 2017 21:23

İlan sancması zamanı nə etməli?

25 İyun 2017 21:22

Android telefonları olanlar -

25 İyun 2017 21:20

Bakıda iraqlı turistin meyiti tapıldı

25 İyun 2017 21:19

Kanada vətəndaşı Azərbaycan mahnılarına aşiqdir - VİDEO

25 İyun 2017 21:17

Bakıda işıqfora məhəl qoymayan sürücü qəza törətdi - VİDEO

25 İyun 2017 21:17

Diliniz dərdinizdən danışır...

25 İyun 2017 21:17

Plastik qapı-pəncərə alarkən diqqətli olun - VİDEO

25 İyun 2017 21:17

Lənkəranda evə basqın edərək 1 nəfərin ölümü, digərinin bıçaq xəsarəti almasında şübhəli bilinən şəxs saxlanılıb

25 İyun 2017 21:17

Ramazandan sonra necə qidalanmalı? - VİDEO

25 İyun 2017 21:17

Fəhlənin əsərləri peşəkar rəssamı xatırladır - VİDEO

25 İyun 2017 21:12

Allahın ən üstün bəndələrinin 5 nişanəsi

25 İyun 2017 21:12

Ev tikmək istəyənlər bu xəbəri isləsin - VİDEO

25 İyun 2017 21:12

Məşhur modelin bacısı fotolarını yaydı - FOTO

25 İyun 2017 21:05

Noxud oğrularını iş başında tutan kişi ölümcül döyüldü - VİDEO

25 İyun 2017 21:05

Bayramlar mehribançılıq, bayramlar birlikdir - VİDEO

25 İyun 2017 21:05

Hamilələr adam öldürə bilər - Yeni qanun

25 İyun 2017 21:03

Konfederasiyalar Kuboku: yarımfınalçılar müəyyənləşdi

25 İyun 2017 20:59

Çilidən bərabərlik, Almaniyadan ikinci qol - YENİLƏNİR

25 İyun 2017 20:57

Brabus-dan ecazkar Mercedes-Benz - FOTO

25 İyun 2017 20:57

"DIe Welt": Almaniya Ərdoğanın mühafizəçilərinə G20 sammitinə qatılmağı qadağan edib

25 İyun 2017 20:57

Tovuzda bir neçə həkim və tibb bacısı döyüldü - VİDEO

25 İyun 2017 20:57

Ayaq burxulmasına qarşı çarə

25 İyun 2017 20:52

Ronalduya hələ belə təklif gəlməmişdi

25 İyun 2017 20:52

Azərbaycan prezidenti İlham Əliyev Rusiya baş nazirinin müavinini -

25 İyun 2017 20:49

Balığın sağlamlığınıza faydaları

25 İyun 2017 20:47

Lənkəran teatrı İrana qastrol səfərinə gedəcək

25 İyun 2017 20:42

Dar qutuda keçən ömür - FOTO

25 İyun 2017 20:42

Meray Keri Bakıdadır - FOTO

25 İyun 2017 20:42

“Formula-1”: Mükafatları prezident təqdim etdi

25 İyun 2017 20:39

Bakı trası sürprizlərlə dolu idi

25 İyun 2017 20:37

Təbrizdə Azərbaycan-İran əlaqələrinin inkişafı müzakirə olunub

25 İyun 2017 20:37

Hyundai kompakt krossover təqdim etdi - FOTO

25 İyun 2017 20:37

Fransada yanğın: dörd ölü

25 İyun 2017 20:37

Teleaparıcı çimərlikdə "hədəf" oldu - FOTO

25 İyun 2017 20:32