Putin Obama ilə Merkelə nələr yazdı?

Putin Obama ilə Merkelə nələr yazdı?
19:05 30 Dekabr 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ötən il onu göstərdi ki, Rusiya-ABŞ münasibətləri beynəlxalq təhlükəsizliyin təmin edilməsində əsas faktorlardan biridir".

APA-nın Kremlin saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Barak Obamaya ünvanladığı təbrik məktubunda deyilir.

Rusiya prezidenti əmin olduğunu bildirib ki, qarşılıqlı maraqlar nəzərə alınmaqla, konstruktiv dialoq və əməkdaşlıq qurulduğu halda Rusiya ilə ABŞ yeni çağırış və təhdidlərlə qarşı effektiv mübarizə apara, müxtəlif regionlarda münaqişələrin həllinə kömək edə bilərlər.

Putin Almaniya kansleri Angela Merkeli də təbrik edib. Onun məktubunda qeyd olunub ki, ötən il Moskva-Berlin əməkdaşlığının Avropada təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etməsi ilə yadda qalıb. Rusiya prezidenti iki ölkə və bütün qitə maraqları naminə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün birgə fəaliyyətin davam etdiriləcəyinə ümid etdiyini əlavə edib.

Putin həmçinin Çin Xalq Respublikasının sədri Si Tsinpin, Roma papası Fransisk, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard və digər şəxsləri Yeni il bayramı münasibəti ilə təbrik edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/394370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR