İndoneziyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir sıra tədbirlər keçirilib (FOTO)

İndoneziyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir sıra tədbirlər keçirilib (FOTO)
19:08 30 Dekabr 2015
8 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın İndoneziyadakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir sıra tədbirlər keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfirliyin təşkilati dəstəyi ilə Cakartada yerləşən “Dharmais” xəstəxanasında onkoloji xəstəliklərdən əziyyət çəkən azyaşlılar üçün ruhlandırıcı xeyriyyə proqramı keçirilib. Proqramın məqsədi həmin azyaşlıları hədiyyələrlə sevindirmək və onlara mənəvi dəstək göstərmək idi.

Bundan başqa, səfirliyin inzibati binasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

İndoneziyada yaşayan azərbaycanlılar, o cümlədən tələbələr və iş adamları, həmçinin xüsusi qonaq qismində dəvət olunmuş bir neçə dövlət rəsmiləri və türkdilli ölkələrin səfirlərinin iştirak etdiyi tədbirdə Azərbaycan mətbəxindən ibarət ziyafət verilib.

Açılış zamanı çıxış edən səfir Tamerlan Qarayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya azərbaycanlılarına ünvanladığı müraciəti çatdırarkən, həmvətənlərimizin birlik və həmrəyliyinin önəmindən bəhs edib. Dünyada cərəyan edən hadisələr, ələlxüsus da regionumuzda hazırkı mürəkkəb vəziyyət və Ermənistanın ölkəmizə qarşı hərtərəfli təcavüzünün davam etdiyi bir dövrdə həmrəylik, səmimiyyət, birgə səy və birgə dəstəyin yeganə çıxış yolu olduğu bir daha vurğulanıb və həmvətənlərimiz hamımızın qürur mənbəyi olan dövlətimizin ətrafında sıx birləşməyə və ona dəstək olmağa çağırılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2476038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR