Bakıda yükdaşımalarla bağlı Azərbaycan və İran işçi qrupunun müşavirəsi keçiriləcək

Bakıda yükdaşımalarla bağlı Azərbaycan və İran işçi qrupunun müşavirəsi keçiriləcək
19:13 30 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, Elvin Camalov, AZƏRTAC
Yanvarın 12-də Bakıda yükdaşımalarla bağlı Azərbaycan və İran işçi qrupunun müşavirəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə görüşün məqsədi İran yüklərinin Rusiyaya və Avropaya daşınmasını təmin etməkdir.
Xatırladaq ki, dekabrın 21-də Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 10-cu iclası keçirilib. İclasda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə Azərbaycan-İran əməkdaşlığının inkişafına dair müzakirələr aparılıb. Qeyd olunub ki, ölkələrimiz arasında ikitərəfli və tranzit yükdaşımalarının artırılması üçün Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi sahəsində görülən işlər, o cümlədən Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsinə, dəmir yolu körpüsünün və yükaşırma terminalının tikintisi, eləcə də Astara və Biləsuvar sərhəd-keçid məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsi işləri sürətləndiriləcək. Dövlət Komissiyası çərçivəsində Azərbaycan və İran arasında iqtisadiyyatın müxtəlif sahələrində müzakirələrin aparılması məqsədilə daimi əsasda işçi qruplarının yaradılması barədə razılıq əldə edilib. İclasda, həmçinin Azərbaycan və İranın Xəzər limanlarının və gəmiçilik şirkətlərinin iştirakı ilə tranzit daşımaları sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib və razılıq əldə olunub. Bundan başqa, iclasda İran məhsullarının Azərbaycan üzərindən dünya bazarına çıxarılmasının mümkünlüyünə dair müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_yukdasimalarla_bagli_Azerbaycan_ve_Iran_ischi_qrupunun_musaviresi_kechirilecek-915651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR