Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qış bayramı” tamaşası nümayiş olunub

“Qış bayramı” tamaşası nümayiş olunub

Date: 30 December 2015 19:28


Bakı, 30 dekabr, AZƏRTAC
Bakı Uşaq Teatrı yeni il bayramı münasibətilə “Qış bayramı” tamaşasını təqdim edib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın ssenari müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan, rejissor köməkçisi İlhamə Əhmədova, rəssam Sevda Məmmədovadır.
Tamaşanın süjet xəttində Meymunun dəmirçidən onun üçün balta düzəltməsi məsələsi dayanır. Meymun öz ilini qeyd etmək üçün böyük səy göstərir və istəyinə nail olur.
Teatr “Qış bayramı” tamaşası ilə Masazırda yerləşən Zəngilan rayon qaçqın şəhərciyində də balacaların qonağı olub.








Tags:  Qış bayramı tamaşası nümayiş olunub


RƏYLƏR


Top news