KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib

KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib
19:38 30 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, iclasda 2016-cı ilin birinci yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilən layihə təklifləri müzakirə olunub.
Müzakirəyə çıxarılan məsələ barədə məlumat verən Fondun icraçı direktoru Vüqar Səfərli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 34 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2015-ci ilin ikinci yarısında da Fond tərəfindən maliyyələşdirildiyini qeyd edən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra “Zaman Azərbaycan” qəzeti istisna olmaqla digər 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.
“Zaman Azərbaycan” qəzetinin təqdim etdiyi sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr aparılıb. Şura üzvləri ətraflı tanışlıqdan sonra qəzetin təqdim etdiyi sənədlərin müsabiqənin şərtlərinə cavab vermədiyini bildiriblər.
Müzakirələrin sonunda müsabiqəyə sənəd təqdim etmiş 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2016-cı ilin birinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib. “Zaman Azərbaycan” qəzetinin təqdim etdiyi sənədlər müsabiqənin şərtlərinə cavab vermədiyi üçün qəzetə maliyyə yardımı ayrılmayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/KIV_layihelerinin_maliyyelesdirilmesi_ile_bagli_qerar_qebul_edilib-915657

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR