Həştərxanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

19:48 30 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Həştərxan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Həştərxan Şəhər Administrasiyasının rəhbəri Oleq Polumordvinov, beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, Həştərxan Vilayəti Administrasiyasının daxili siyasət idarəsinin rəisi Vyaçeslav Vinoqradov, Həştərxan Şəhər Administrasiyası rəhbərinin müavini Gennadiy Didenko, Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ədalət Hüseynov, vilayətin milli-mədəni ictimai təşkilatlarının rəhbərləri, Azərbaycan diasporunun nümayəndələri və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin onun adını daşıyan parkda ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar.
Çıxış edənlər bildiriblər ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onlar Heydər Əliyevin Azərbaycan xalqının mürəkkəb zamanlarda birləşərək çətinliklərin öhdəsindən gəlməsində əvəzsiz rolundan danışıblar. Həmçinin Ulu Öndərin Rusiya və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərinin inkişafı istiqamətində gördüyü işlər barədə məlumat veriblər.
Tədbir bayram şənliyi ilə davam edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hesterxanda_Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu_qeyd_olunub-915659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR