Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lerikdə bayram yarmarkası təşkil olunub

Lerikdə bayram yarmarkası təşkil olunub

Date: 30 December 2015 19:53


Lerik, 30 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 30-da Lerik şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına artan tələbatının ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi ilə bayram satış yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, süd və ət məhsulları, həmçinin müxtəlif çeşiddə çərəzlər satışa çıxarılıb.
Yarmarkada bütün növ məhsullar bazar qiymətlərindən 20-30 faiz ucuz təklif olunub.
Sakinlər Yeni il bayramı ərəfəsində təşkil olunan yarmarkada satılan malların qiymətindən razılıqlarını bildiriblər.

Tags:  Lerikdə bayram yarmarkası təşkil olunub


RƏYLƏR


Top news