Prezident və ailəsi parkda ağac əkdi -

Prezident və ailəsi parkda ağac əkdi -
20:11 30 Dekabr 2015
84 Şou
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub.

Axşam.az-ın məlumatına görə, prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri Xəzər rayonunun bir qrup sakini ilə görüşüblər.

Daha sonra Prezident İlham Əliyev və ailə üzvləri Zirə Mədəniyyət Mərkəzinin ətrafında salınan eko-parkda yaradılan şəraitlə tanış olublar. Burada müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan “Ürək” əsərinin 3 metrlik abidəsi də ucaldılıb. On hektar ərazidə salınan eko-park xüsusi landşaft dizaynı ilə layihələndirilib.

Ərazi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və ailə üzvləri eko-parkda ağac əkdilər.













Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43452

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR