Lənkəranın Günəhir kəndində yeni tibb məntəqəsi istifadəyə verilib

Lənkəranın Günəhir kəndində yeni tibb məntəqəsi istifadəyə verilib
20:13 30 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 30 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 30-da - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Lənkəran şəhərindən 35 kilometr aralıda, dağlıq ərazidə yerləşən Günəhir kəndində yeni tibb məntəqəsi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov kənd sakinlərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəranda da regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı çərçivəsində geniş tikinti, abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, parklar salınır, yeni məktəblər, xəstəxanalar, diaqnostika mərkəzləri, ictimai binalar tikilir.
Rayonun bütün yaşayış məntəqələrində sosial problemlərin həlli üçün dövlət tərəfindən müvafiq tədbirlərin görüldüyünü və bu tip layihələrin mütəmadi xarakter daşıyacağını bildirən T.Qaraşov yeni tibb məntəqəsinin istifadəyə verilməsi münasibətilə kənd sakinlərinə təbriklərini çatdırıb.
Bildirilib ki, daxili imkanlar hesabına inşa olunmuş 3 otaqdan ibarət tibb məntəqəsində ultrasəs müayinə aparatı və digər lazımi avadanlıqlar quraşdırılıb.
Kənd sakinləri onların sağlamlığına və sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Preziden İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda səhiyyə müəssisəsində yaradılan şəraitlə tanışlıq olub.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranin_Gunehir_kendinde_yeni_tibb_menteqesi_istifadeye_verilib-915663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR