Həmrəylik Günü Küveytdə qeyd edilib

20:43 30 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycanın Küveytdəki səfirliyində bu ölkədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Cəmiyyəti”nin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı müraciəti oxunub. Tədbirdə Həmrəylik Gününün yaranma tarixi barədə məlumat verilib. Bu şərəfli tarixin yaradıcısı ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilib.
Tədbirdə çıxış edən “Vətənsevər Dostluq Cəmiyyəti”nin sədri Könül Hacızadə həmvətənlərimizi bayram münasibətilə təbrik edib.
Sonda bayram ziyafəti verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hemreylik_Gunu_Kuveytde_qeyd_edilib-915676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR