Hər 35 nəfərə bir "Kalaşnikov"

Hər 35 nəfərə bir "Kalaşnikov"
21:12 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dünyada təxminən 200 milyon ədəd "Kalaşnikov" avtomatı (AK47) var. Yəni bu silahdan hər 35 nəfərə biri düşür.

Virtualaz.org bildirir ki, bu barədə "The Guardian" qəzeti yazır. Nəşr bildirir ki, iki il əvvəl 94 yaşında ölən sovet generalı Mixail Kalaşnikovun hazırladığı və ilk dəfə Sovet Ordusunda 1948-ci ildə istifadə olunan bu silahın 200-dən çox modeli var.

Silah 30-dan artıq ölkədə istehsal olunur. Ən çox da Çində. Ancaq qanuni yolla istehsal olunan bu silahlar qısa vaxtda "qara bazar"a düşür. Çin bu silahı əsasən Afrikaya satır.

Balkan ölkələrinə göndərilən silahlar ya aşağı maaş alan əsgərlərin "Kalaşnikov"larını satmaları, ya da dövlətlərin digər ölkələrdəki üsyançı qruplara silah satmasıyla qara bazarda peyda olur. 

Dünyada ümumilikdə ortalama 1 milyon AK istehsal olunur. 1980-ci illərin, ya da daha əvvəlki illərin istehsalına baxmayaraq Qərbi Balkan ölkələri, keçmiş sovet respublikaları və Afrikada hələ işlək vəziyyətdə olan on milyonlarla "Kalaşnikov" var.

Təkcə Albaniyada 1997-ci ildə baş verən toqquşmalardan sonra 750 min "Kalaşnikov" yoxa çıxıb.

Vasitəçilər tərəfindən yenilənən köhnə tüfənglər terrror qrupları və cinayətkar qrupların əlinə keçir.

"Kalaşnikov" silahı davamlılığı ilə də tanınır.

İngiltərədə yaşayan Mark Mastaglio adlı ballistik silah mütəxəssisi deyir ki, "Kalaşnikov" çox əlverişli bir silahdır: "Ona görə də "Kalaşnikov" daşıyan 12 yaşlı uşaqları da görmək olur. Həm də çox davamlıdır. Səhrada da, Sibirdə istifadə etmək olar. Ona görə də belə məşhurdur".

Aleksander Radiç adlı silah mütəxəssisi deyir ki, 1990-cı illərdə Balkan ölkələrindəki müharibədən sonra hər kəs silahını özü ilə evinə aparırdı: "Hər ehtimala qarşı bir neçə il silahlarını özlərində saxladılar. Sonra isə "qara bazar"da satmağa başladılar. Silahların qiyməti 100 avroya qədər düşdü".

Avropada bu silahlar 4500 avroya qədər qiymətə satıla bilir.

Noyabrın 13-də Parisdə 130 nəfərin öldürüldüyü hücumlarda istifadə olunan silahların da Balkanlardakı silahlardan olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR