Bayram günü ailələr yasa batdı: 4 tələbə həlak oldu

Bayram günü ailələr yasa batdı: 4 tələbə həlak oldu
21:12 30 Dekabr 2015
166 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərtərdə 4 nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına səbəb olan ağır yol-qəza hadisəsi baş verib. 

APA xəbər verir ki, hadisə Tərtər rayon Bəyimsarov kəndində qeydə alınıb. 
 
Tərtər rayon Sarov kənd sakini Paşazadə İnam Elman oğlunun 10 LB 991 dövlət nömrə nişanlı "VAZ-21099" markalı maşınla Goranboy istiqamətdə hərəkət edən vaxt, Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Camalov Elməddin Bayram oğlunun idarə etdiyi 10 JO 600 dövlət nömrə nişanlı, "VAZ-21214" markalı maşınla toqquşub.
 
Nəticədə "VAZ-21099" markalı maşında olan sürücü, 1997-ci il təvəllüdlü  İnam Paşazadə, sərnişinlər 1996-cı il təvəllüdlü Kərimli Yavər Rəhman oğlu, 1992-ci il təvəllüdlü Əlizadə Anar Sübhi oğlu və Goranboy rayon Xanqərvəd kənd sakini 1997-ci il təvəllüdlü Baxşəliyev Babək Ədalət oğlu Goranboy və Tərtər Mərkəzi Rayon Xəstəxanalarına aparılarkən yolda keçiniblər.
 
"VAZ-21214" markalı maşının sürücüsü Camalov Elməddin  və onun maşında olan sərnişin 1963-cü il təvəllüdlü  Qocamanov Yavər Qocaman oğlu müxtəlif bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Kənd sakinlərinin  APA-ya verdiyi  xəbərə görə, ölənlər bayram tətilinə gələn ali məktəb tələbələridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/394403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR