Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Zirə” Avroliqanın iştirakçısına qarşı

“Zirə” Avroliqanın iştirakçısına qarşı

Date: 30 December 2015 21:27

Qış fasiləsində təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək “Zirə”nin yoxlama oyunlarında qarşılaşacağı rəqiblərdən birinin adı müəyyənləşib. 

Fanat.az xəbər verir ki, Antalyanın Side bölgəsində yerləşən “The Sense Deluxe” otelində məskunlaşacaq “qartallar” yanvarın 22-də baş tutacaq qarşılaşmada Rumıniyanın “Tarqu-Mureş” klubu ilə üz-üzə gələcək. Oyun saat 15.00-da başlayacaq. 

Qeyd edək ki, Rumıniya çempionatının güclülər dəstəsində çıxış edən “Tarqu-Mureş” hazırda turnir cədvəlində 5-ci sırada qərarlaşıb və liderdən 11 xal geri qalır. Ötən mövsüm isə bu komanda çempionatın gümüş medalını qazanaraq Avropa Liqasına vəsiqə əldə edib. Avroliqanın 3-cü mərhələsində Fransanın “Sent-Etyen” klubuna məğlub olan “Tarqu-Mureş” mübarizəni dayandırıb. 

Fanat.az

Tags:  Zirə Avroliqanın iştirakçısına qarşı

RƏYLƏR


Top news