Azərbaycanda dəhşətli qəza, ölənlər var

Azərbaycanda dəhşətli qəza, ölənlər var
21:31 30 Dekabr 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərtərdə 4 nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına səbəb olan ağır yol-qəza hadisəsi baş verib. Hadisə Tərtər rayon Bəyimsarov kəndində qeydə alınıb.

Tərtər rayon Sarov kənd sakini Paşazadə İnam Elman oğlunun 10 LB 991 dövlət nömrə nişanlı, VAZ-21099 markalı maşınla Goranboy istiqamətdə hərəkət edən vaxt, Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Camalov Elməddin Bayram oğlunun idarə etdiyi 10 JO 600 dövlət nömrə nişanlı, VAZ-21214 markalı maşınla toqquşub.

Nəticədə VAZ-21099 markalı maşında olan sürücü, 1997-ci il təvəllüdlü İnam Paşazadə, sərnişinlər 1996-cı il təvəllüdlü Kərimli Yavər Rəhman oğlu, 1992-ci il təvəllüdlü Əlizadə Anar Sübhi oğlu və Goranboy rayon Xanqərvəd kənd sakini 1997-ci il təvəllüdlü Baxşəliyev Babək Ədalət oğlu Goranboy və Tərtər Mərkəzi Rayon Xəstəxanalarına aparılarkən yolda keçiniblər.

VAZ-21214 markalı maşının sürücüsü Camalov Elməddin və onun maşında olan sərnişin 1963-cü il təvəllüdlü Qocamanov Yavər Qocaman oğlu müxtəlif bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Kənd sakinlərinin APA-ya verdiyi xəbərə görə, ölənlər bayram tətilinə gələn ali məktəb tələbələridir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368559

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR