Məşhur aktrisa: "Sərxoş olandan sonra..." (FOTO)

Məşhur aktrisa: "Sərxoş olandan sonra..." (FOTO)
21:51 30 Dekabr 2015
90 Şou
Ölkə mətbuatı
A- A+

Gənc aktirsa Cenifer Lourens yeni il axşamını qeyd etmək istəmir.

ANS PRESS-in məlumatına görə, “Aclıq oyunları” filminin ulduzu yeni il axşamını bayram etməməyinin səbəbini də deyib.

Aktrisa etiraf edib ki, onun bayramda əylənməsi heç də yaxşı qurtarmır. Belə ki, o, həmişə içkili vəziyyətdə olandan sonra peşman olur.

“Mən həqiqətən nifrət edirəm bu bayrama. Heç vaxt yaxşı yeni ilim olmayıb. Hamı çalışır ki, bayramı yaxşı keçirsinlər, lakin məyus olurlar. Bu dəfə mən heç nə etməyəcəm. Bayramı qeyd etməyəcəm. Çünki hər dəfə sərxoş vəziyyətə düşürəm, sonra isə məyus oluram”.


Cenifer Lourensin sərhoş halı

Aktrisa "Mənim sevgilim dəlidir" filmindəki roluna görə "Oskar" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb. Lourens bir neçə dəfə dünyanın ən istəkli qadını seçilib. 2011-ci ildə "People" jurnalı dünyanın ən gözəl qadınlar arasında aktisanı 13-cü pilləyə yerləşdirib.

Bir müddət əvvəl teleşouların birində aktrisa çirkin vərdişini etiraf edib. Ən pis vərdişiniz hansıdır sualına aktrisanın cavabı hamını şoka salıb. O, ayaq yoluna gedəndən sonra əllərini yumadığını deyib. Aktrisanın bu etirafı heyranlarını üzüb.

Cenifer özünə bəraət qazandıraraq bunun bir uğursuz zarafat olduğunu sosial şəbəkədə yazıb. Aktrisa verilişdə qonaqları əyləndirmək üçün belə uğursuz zarafat edib. Cenifer hətta "Facebook"da ayaqyolundan sonra əllərini yuyaraq video paylaşıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR