"Ona şans verilməlidir"

"Ona şans verilməlidir"
21:52 30 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

"Manchester United"in eks kapitanı Pol Skoulz son 8 oyunda qələbə üzünə həsrtə qalan "qırmızı şeytanlar" Lui van Qaalla yoluna davam etməsini istəyir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Skoulz holland mütəxəsisə şans verilməsinin tərəfdarı kimi çıxış edib.

"Fikrimcə, məğlubiyyətə görə Van Qaalı göndərmək lazım deyil. Əlbəttə, komanda bu mövsüm heç də yaxşı oynamır. Xüsusilə son 4-5 həftə belədir. "United" Premyer Liqada yaxşı start göstərdi. Bu səbəbdən turnir cədvəlinin ilk pilləsinə qədər gəlmişdi. Problemləri nəzərə alsaq, son nəticələr ədalətli idi. Amma hesab edirəm ki, Van Qaala vəziyyəti düzəltmək üçün şans verilməlidir. O, zəngin təcrübəyə malikdir. Böyük klublarda çalışıb və artıq belə situsiyalardan çıxıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/394404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR