Ekspert: Konqresin separatçı Qarabağ klanına maliyyə yardımını dayandırması ABŞ-Rusiya münasibətlərindəki gərginliyin nəticəsidir

Ekspert: Konqresin separatçı Qarabağ klanına maliyyə yardımını dayandırması ABŞ-Rusiya münasibətlərindəki gərginliyin nəticəsidir
22:03 30 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Mətanət Əliyeva - Trend:

Konqresin separatçı Qarabağ klanına maliyyə yardımını dayandırması ABŞ-Rusiya münasibətlərindəki gərginlikdən doğan nəticədir. ABŞ bununla Ermənistana ciddi mesaj göndərdi. Konqres tərəfindən atılan bu addım antirusiya xəttidir.

Bunu Trend-ə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov bildirib.

Ekspert qeyd edib ki, uzun müddət Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən aparılan fəaliyyətlərdə Konqresin separatçı Qarabağ klanına maliyyə yardımı ayırmasına daima etiraz edilirdi: “ABŞ isə bu yardımın humanitar məqsədlərlə ayrılmasını bildirərək sözügedən maliyyə dəstəyini hər il ayırırdı. Maliyyə yardımının dayandırılması sevindirici haldır. Bu, ABŞ-ın Qafqazdakı siyasətinin həmişə bir istiqamətdə getmədiyinin, daha çevik olmasının göstəricisidir. Bir tərəfdən, onlar Vaşinqtonda separatçı Qarabağ klanının nümayəndələrini hansısa konqresmenlərlə görüşdürürlər. Bunu ABŞ hakimiyyəti deyil, əlbəttə ki, erməni diasporu edir. Digər tərəfdən isə, separatçı Qarabağ klanına maliyyə yardımını dayandırırlar. Burada iki istiqamət var – ABŞ-dakı erməni lobbisinin fəaliyyətinin təsirləri, ikinci istiqamət isə ABŞ adminstrasiyasının yürütdüyü siyasət”.

E.Ələsgərov vurğulayıb ki, bəzən bu iki xətt üzrə gerçəkləşdirilən fəaliyyət bir-birinə ziddiyyət təşkil edir.

Separatçı Qarabağ klanına maliyyə yardımının ayrılmasının ABŞ Konqresi tərəfindən dayandırılması regiondakı real qüvvələr nisbətinin nəzərə alınaraq qəbul edilmiş bir qərar olduğunu söyləyən müsahibimin qənaətincə, bu, müsbət bir haldır.

Ekspert hesab edir ki, konqresmen Kristofer Smit tərəfindən Azərbaycanla bağlı təqdim edilən layihəni kənara qoysaq, son zamanlar bəzi məsələlərdə ABŞ tərəfindən müsbət addımlar atılır: “ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirmişdi ki, Qarabağ icmaları arasında dialoqu gücləndirmək lazımdır. Azərbaycanın Qarabağ icmasının rəhbəri dəfələrlə erməni tərəfinə icmalar arasında dialoq aparılması ilə bağlı təkliflər verib. Ermənilər isə bu təkliflərdən hər vəchlə yayınaraq bildirirdilər ki, separatçı Qarabağ klanı müstəqil dövlətdir və danışıqlar da onunla aparılmalıdır”.

E.Ələsgərov deyib ki, Konqres tərəfindən separatçı Qarabağ klanına maliyyə yardımının dayandırılmasının iki vacib məqamı var: "Birincisi, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi probleminə münasibəti. İkincisi isə, ABŞ-ın Azərbaycan siyasəti. Bu addımı ABŞ-ın Azərbaycan siyasətində mülayim bir addım kimi qiymətləndirirəm”.

Qeyd edək ki, dekabrın 18-də ABŞ Prezidenti Barak Obamanın imzası ilə ABŞ Konqresi tərəfindən qəbul edilmiş 2016-cı maliyyə ili üzrə Ümumi Təxsisatlar Qanunu qüvvəyə minib. Bu qanun ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım etməsini nəzərdə tutan heç bir müddəanın olmaması ilə əlamətdar olub. Təxsisatlar Qanununda belə bir müddəanın olmasını təmin etmək üçün ABŞ-dakı erməni diasporu və onların Konqresdəki havadarları bütün resurslarını səfərbər etsələr də, ABŞ Konqresi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı müddəanın yekun qanuna və onun əlavəsinə salınmasından imtina edib.

2014-cü maliyyə ilindən etibarən ABŞ Konqresi qəbul etdiyi yekun Təxsisatlar Qanununda ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım göstərməsini nəzərdə tutan müddəanı daxil etməyib. Amma 1998-2013-cü maliyyə illəri üzrə Konqresin qəbul etdiyi yekun Təxsisatlar Qanununda və ya onun əlavəsində Azərbaycanın işğal altındakı ərazilərində icra olunan müxtəlif layihələrin ABŞ tərəfindən maliyyələşdirilməsi üçün istifadə olunan bənd olub. Son 3 ildə erməni tərəfi Konqresdəki bütün imkanlarından istifadə etməklə bu müddəanın bərpa olunmasına çalışsa da, bu istiqamətdə uğursuzluğa düçar olub. ABŞ Konqresi ötən iki ildə formalaşan status-kvonu saxlamış və ard-arda 3-cü il qəbul etdiyi Təxsisatlar Qanununda və onun əlavəsində Azərbaycanın işğal altındakı ərazilərinə ABŞ dövlət yardımlarının göndərilməsi üçün istifadə edilən müddəanın salınmamasına qərar verib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

23 yaşlı oğlanı "tok" vurub öldürdü

28 İyul 2017 22:49

Daha bir ilansancma

28 İyul 2017 22:44

Qrup şəklində kredit götürdülər - birinin borcunu digəri ödəməli oldu - VİDEO

28 İyul 2017 22:42

23 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb

28 İyul 2017 22:42

Cennifer Lopezlə sevgilisinin ad günü əyləncəsi davam edir - FOTO

28 İyul 2017 22:42

Acun Yıldız Tilbe ilə bağlı qərarını verdi

28 İyul 2017 22:37

Bakıda qanunsuz zibilxana: Ərazidə antisanitar vəziyyət hökm sürür - VİDEO

28 İyul 2017 22:37

Türkiyədə PKK ilə əlaqədə şübhəli bilinən yeddi jurnalist həbsdən azad edilib

28 İyul 2017 22:37

Yadplanetlilərlə bağlı İNANILMAZ TAPINTI... - FOTO

28 İyul 2017 22:32

Quru dəri, qəbizlik, yorğunluğun İNANILMAZ SƏBƏBİ

28 İyul 2017 22:32

Tovuzda 43 yaşlı kişini ilan sancıb

28 İyul 2017 22:32

Masallıda qəza: sürücü öldü

28 İyul 2017 22:28

Britni Spirsdən idman dərsi - FOTO

28 İyul 2017 22:27

Ürəyi, gözü, yaddaşı qoruyur... - QARĞIDALININ İNANILMAZ FAYDALARI

28 İyul 2017 22:22

Naxçıvanın daxili işlər naziri vəzifəsindən azad edildi

28 İyul 2017 22:18

Qarpız və yemişi yeməkdən dərhal sonra yeməyin!

28 İyul 2017 22:12

Dağıstanlı futbolçu Avrokubokların tarixinə düşdü

28 İyul 2017 22:12

Hindistanda sərnişin qatarları günəş batareyaları ilə işləyəcək

28 İyul 2017 22:05

Bir kişi gündə 7 stəkandan çox çay içirsə... - TƏHLÜKƏ

28 İyul 2017 22:05

Türkiyəyə gedənlərin nəzərinə: Baqajla bağlı YENİLİK

28 İyul 2017 21:58

"Bədənimlə qürur duyuram" - FOTO

28 İyul 2017 21:57

Göygöldə "Opel" yandı

28 İyul 2017 21:55

Avtomobil dərəyə aşıb, sürücü ölüb

28 İyul 2017 21:52

"Mercedes" dərəyə aşdı, sürücü öldü

28 İyul 2017 21:44

Türkiyəyə gedənlərin nəzərinə

28 İyul 2017 21:42

Azərbaycanda xəstələri daşıyan maşın QƏZAYA UĞRADI - VİDEO

28 İyul 2017 21:42

Səyahət üçün dünyanın ən yaxşı 10 adası - FOTOLAR

28 İyul 2017 21:38

"Jara-2017"nin ikinci günü: hərarət artır - FOTO

28 İyul 2017 21:37

"Qabırğalarımı çıxartdırmışam, sizi aldatmış olmayım" - FOTO

28 İyul 2017 21:32

Bakıda kişi dənizdə batdı

28 İyul 2017 21:29

Bu kanaldan su yox, kanalizasiya axır - VİDEO

28 İyul 2017 21:27

Azərbaycanda tapılan qeyri-adi məxluq dünyanı şoka saldı - VİDEO

28 İyul 2017 21:22

Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

28 İyul 2017 21:21

“Neftçi”nin futbolçusu Venesuelada oynayacaq

28 İyul 2017 21:18

Əfsanəvi Sovet kəşfiyyatçı-jurnalisti: "Mən Bakıya vurğunam" - FOTO

28 İyul 2017 21:17

"SOCAR Polymer"də gələn il iki istehsal xəttinin istismara verilməsi nəzərdə tutulur - FOTO

28 İyul 2017 21:12

"Ögey ana" filmindəki illərdir gizli qalan SİRR açıldı - VİDEO - FOTO

28 İyul 2017 21:12

“Barselona”nın məşqində qalmaqal

28 İyul 2017 21:12

Helsinkidə maşın piyadaları vurdu: ölən və yaralananlar var

28 İyul 2017 21:09

Ayan qızı ilə dincəlir - FOTO

28 İyul 2017 21:05

İsmayıllıda polislər turisti itlərin hücumundan xilas edib

28 İyul 2017 21:02

Şəkidə meşələrdə yanğın təhlükəsizliyinin qorunması mövzusunda seminar-müşavirə keçirilib

28 İyul 2017 21:02

Dubay taksiləri "ağıllı" sayğaclarla təchiz edilir

28 İyul 2017 20:57

London faciəsi Helsinkidə təkrarlandı - Ölən var

28 İyul 2017 20:53

Tanınmış model 3 fərqli obrazda klip çəkdirdi - VİDEO

28 İyul 2017 20:52

İstanbulda Bosfor boğazının altından 3 mərtəbəli tunel tikiləcək

28 İyul 2017 20:47

Yeniyetmələrin Avropa Olimpiya Festivalında velosiped yarışları başa çatıb

28 İyul 2017 20:42

Polşalı turist: "Azərbaycan polisinin şücaəti və operativliyi məni valeh edib"

28 İyul 2017 20:42

Gigi Hadid yenə stili ilə seçildi - FOTO

28 İyul 2017 20:42

VİDEO: Azərbaycan efirində görünməmiş hadisə

28 İyul 2017 20:40