Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qırğızıstanın yeni ombudsmanı seçilib

Qırğızıstanın yeni ombudsmanı seçilib

Tarix: 30 Dekabr 2015 22:38


Bişkek, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Qırğızıstan parlamenti-Joqorku Keneşdə insan hüquqları üzrə müvəkkilin - ombudsmanın seçilməsi ilə bağlı xüsusi iclas keçirilib.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, gizli səsvermə nəticəsində İctimai Televiziya və Radio Verilişləri Korporasiyasının keçmiş baş direktoru Kubat Otorbaev Qırğızıstanın ombudsmanı seçilib.
Ölkə qanunlarına görə, yeni ombudsman deputatlar qarşısında and içib.
 
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Teqlər:  Qırğızıstanın yeni ombudsmanı seçilib



RƏYLƏR


Top xəbərlər