Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya qazının Ukrayna ərazisi vasitəsilə tranzit haqqı artırılıb

Rusiya qazının Ukrayna ərazisi vasitəsilə tranzit haqqı artırılıb

Date: 30 December 2015 22:57

Bakı. 30 dekabr. REPORT.AZ/ Rusiya qazının Ukrayna ərazisi vasitəsilə tranzit haqqı artırılıb.
“Report”un "Gazeta.Ru"ya istinadən verdiyi məlumata görə, bunu "Naftoqaz Ukrayna" şirkətinin rəsmisi Yuriy Vitrenko bildirib.
“Nəhayət ki, Ukrayna Avropa prinsiplərinə uyğun olaraq "Gazprom" şirkətinə tətbiq etdiyi tranzit haqqını köklü şəkildə artırıb", - deyə Vitrenko öz "Facebook" səhifəsində yazıb. 
Bununla belə, "Naftoqaz Ukrayna" rəsmisi məsələyə tam aydınlıq gətirməyərək dəqiq rəqəmlər açıqlamayıb.
Qeyd edək ki, hazırda "Gazprom" şirkəti hər min kubometr qazın 100 kilometr məsafəyə nəqli üçün Ukraynaya 2.7$ dollar tranzit haqqı ödəyir.

Tags:  Rusiya qazının Ukrayna ərazisi vasitəsilə tranzit haqqı artırılıb

RƏYLƏR


Top news