İnsanların yuxu rejimini 200 ildə necə dəyişdilər?

İnsanların yuxu rejimini 200 ildə necə dəyişdilər?
23:05 30 Dekabr 2015
50 Sosial
Ölkə mətbuatı
A- A+

Bundan 200 il öncəyə kimi insanların fərqli yuxu rejiminə əməl etdikləri ortaya çıxıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, araşdırmaçılar 1800-cü illərə kimi insanların "bölünmüş yuxu rejimi"nə əməl etdiyini deyirlər.
 
Virciniyanın Texniki Universitetinin tarixçi professoru Rocer Ekirç "At day's close: night in times past" (Gün batarkən: keçmiş zamanlarda gecə) adlı kitabında insanların yuxu rejiminin illər əzrində dəyişdirildiyini sübut etməyə çalışıb.
 
Tarixçi kitabını yazarkən Homerin "Odisseya"sından, qədim zamanların gündəlik həyatını əks etdirən sənədlərə qədər bir çox mənbəni tədqiq edib.  Kitabda yer alan məlumata görə, qədim dövrlərə aid mənbələrin 500-dən çoxunda "bölünmüş yuxu rejimi"ndən bəhs edilir.
 
Tarixçinin sözlərinə görə, keçmişdə insanlar gündə 8 saat deyil, daha çox yatıblar. Günəş batandan sonra 2-3 saat yatıb, daha sonra oyanaraq normal həyatlarına davam ediblər. 2-3 saat sonra yenidən, bu dəfə  səhərə qədər yatıblar. Bu iki yuxu arasında qalan 2-3 saatlıq oyaq dövrünü əyləncə və istirahətə həsr ediblər. Məsələn, qonşuları ziyarət edib, yataqdan çıxmadan kitab oxuyub, yazıb və ya dua ediblər. 15-ci əsrin sonlarından qaldığı təxmin edilən bir çox dua kitabında həmin yuxuarası saatlar üçün nəzərdə tutulmuş xüsusi dualar var.
 
Fransız həkimlərindən birinə aid olduğu ehtimal edilən 16-cı əsrə aid kitabda hamilə qalmaq üçün ən ideal saatın "ilk yuxudan sonrakı" vaxt olduğu qeyd edilib. Həkim cütlüklərə tövsiyələr verərək qeyd edib ki, həmin saatlarda cinsi əlaqə daha çox zövq verir və hamilə qalmaq şansı artır.
 
Tarixçi Rocer Ekirç "birinci və ikinci yuxu" ifadəsinin 17-ci əsrdən sonra istifadə edilmədiyini deyir. Əvvəlcə Avropanın şimalında yoxa çıxan bu ənənə, sonrakı illərdə bütün qərb cəmiyyətinin yaddaşından silinib. 1920-ci illərdə insanlar bölünmüş yuxu rejiminin nə olduğunu tamamilə unudublar.
 
Tarixçi bu dəyişikliyin səbəbini texnologiya ilə əlaqələndirib. Onun sözlərinə görə, küçələrin işıqlandırılması, evin içində elektrikdən istifadə edilməsi və səhərə qədər fəaliyyət göstərən məkanların açılması yuxu rejiminin dəyişilməsinə səbəb olub. Gecə görülə biləcək fəaliyətlər artdıqca insanlar istirahətə daha az zaman ayırmağa başlayıblar.
 
Rocer Ekirçin sözlərinə görə, müasir dövrdə insanlar gündə 8 saat yatmağa öyrəşsələr də, sağlamlıqla bağlı bir çox problemin səbəbi kifayət qədər yatmamaqdır. Çünki insan orqanizminin 10-12 saatlıq yuxuya ehtiyacı var.
 
Tarixçi Rocer Ekirçin məsləhətlərinə əməl edərək qarşıdakı bayram günlərində doyunca yatın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/394413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR