Cavanşir Quliyev: "Bundan Aygün Kazımovanın xəbəri var" - FOTO

Cavanşir Quliyev: "Bundan Aygün Kazımovanın xəbəri var" - FOTO
23:12 30 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

"Aygün, Brilliant və Manana oğlumun toyuna gəlmədi" (22 May 2017 22:32)
Kənan M.M.-in qızları - FOTO (17 May 2017 10:05)
Aygün Kazımovanın fotosessiyasının kadrarxası görüntüləri - VİDEO (16 May 2017 10:57)

Bəstəkar Cavanşir Quliyev "Sübhün səfiri" filminə bəstələdiyi kompozisiyaya görə mükafat alıb. Bu kompozisiyası ilə o, "Ən yaxşı orijinal musiqi"nin müəllifi olub.  

Milli.Az bildirir ki, dünya kinosunun 120 illik yubileyi münasibətilə "Qızıl pəri" Audiovizual sahə - kino və TV üzrə peşə mükafatının təqdimat mərasiminə qatılmaq üçün Bakıya gələn bəstəkar publika.az-ın "Kokteyl" layihəsinin də qonağı olub.
 
- Cavanşir bəy, əvvəla, mükafat almağınız münasibəti ilə təbrik edirik.
- Təşəkkür edirəm.
 
- Nə vaxta kimi Bakıdasınız?
- Yanvar ayının sonuna kimi.
 
- Deməli yeni ili Bakıda qarşılayacaqsınız?
- Bəli.
 
- Sizin ən gözəl mahnılarınızı Aygün Kazımova ifa edib. Onunla iş birliyiniz hər zaman uğurlu alınıb. Müğənni üçün yeni mahnı yazmağı və onunla yenidən əməkdaşlıq etməyi planlaşdırırsınızmı?
- Planlaşdırıram, sadəcə, mahnıların ərsəyə gəlməsi prosesi bir qədər uzundur. Mahnıların oxunması da fiziki baxımdan çətindir. Bunun üçün Bakıda qalmalıyam. Burada yaşamadığım üçün əməkdaşlığımız hələlik alınmır. Amma yeni əsərlər var, bundan Aygünün özünün də xəbəri var. Yay aylarında vaxtım daha çox olur. Ola bilsin ki, yeni layihələri yay aylarında həyata keçirək.
 
- Bakıda olduğunuz müddətdə onunla görüşəcəksiniz?
- Əlbəttə.
 
- Bakıda yaşamamağınız Aygünlə əməkdaşlığınıza təsir edib, bəs dostluğunuza necə? Dostluq münasibətlərinizi qoruyub saxlaya bilmisiniz?
- Bizim münasibətlərimizi heç nə poza bilməz. Hər şey qaydasındadır.
 
- Belə bir fikir var ki, "Tənhalıq qadın üçün lənət kimidir". Sizin bu mövzuda yazılmış "Tənha qadın" adlı mahnınız da var. Maraqlıdır ki, tənhalıq kişilər üçün nə deməkdir?
- Bir kişi kimi bu mahnıda qadın tənhalığını anladığım qədər təsvir etmişəm. Əksini də qadınlar deyə bilər. Bu sualın cavabını verə bilməyəcəm.
 
- Yəni, tənhalıq sizin üçün heç nə ifadə etmir?
- Sözsüz ki, tənhalıq pis və kədərli duyğudur. Tənhalıq insanı darıxdırır.
 
- Musiqi ayrılıq ağrısını susdura bilir? Onun belə bir gücü var?
- Əgər qadınla kişi arasındakı sevgidən söhbət gedirsə, ayrılıq ağrısını musiqi ilə susdurmaq olmaz. Ayrılıq səbəblərini araşdırıb ortadan qaldırmaq lazımdır. Bu da musiqi ilə əlaqədar deyil.
 
- Müasir Azərbaycan musiqisini necə qiymətləndirirsiniz?
- Müasir Azərbaycan musiqisi haqqında danışmaq üçün onu incələmək, təhlil etmək lazımdır. Mən isə musiqiçilərin çoxunu tanımıram, dəqiq informasiyam yoxdur, ona görə də bir söz desəm, qeyri-obyektiv olardı. Bütövlükdə belə deyə bilərəm ki, son illərdə məni cəlb edən, valeh edən heç nə eşitməmişəm.
 
- Hansı musiqilər sizin zövqünüzə uyğundur? Əsasən, hansı mahnıları dinləyirsiniz?
- Musiqiçi olduğum üçün hər cür mahnı və musiqiləri dinləyirəm. Siyahı çox uzundur. Bu siyahıya tək Azərbaycan musiqisi yox, dünya musiqisi də daxildir.
 
- Bəzi dövrlərdə rok musiqisi təhlükəli hesab edilib, onu dinləmək qadağan olunub. Sizcə, musiqi hansı hallarda təhlükəli ola bilər?
- Yaşlı nəsil rok musiqisini sevmir. Lakin bu, rok musiqinin qadağan olunması anlamına gəlmir. Xüsusi ilə Sovet İttifaqı dövründə rok rəsmi şəkildə qadağan olunmasa da,  hakimiyyət tərəfindən sevilmirdi. Bu da rok musiqisinin birbaşa Amerika həyat tərzini təmsil etməsi ilə bağlıdır. Məlum olduğu kimi bu, SSRİ-də qəbul olunan bir hal deyildi.
 
- Bəstələrinizin əksər faizi kədərli notlarda yazılıb. Bunun səbəbi nədir?
- Bəli, mahnılarımın 80 faizi kədərli musiqilərdir. Bu mahnılar Qarabağ hadisələrindən sonrakı müddətdə yazılıb. Təbii ki, cəmiyyətin problemləri bir insan kimi mənə də təsir edirdi. Bu da özünü yazdığım mahnılarda büruzə verirdi. Müharibədən əvvəlki dövrdə yazılmış mahnılarda isə sizin dediyiniz qəm-qüssə yoxdur.
 
- Karyeranızda böyük uğur qazanmısınız. Şəxsi həyatda da sizi xoşbəxt insan adlandırmaq olar?
- Bədbəxt insan deyiləmsə, deməli, məni xoşbəxt insan adlandırmaq olar. Hər bir insan həyatını istədiyi kimi qurur. Mən də həyatımı istədiyim kimi yaşamışam, xoşbəxt anlarım çox olub.
 
- Nəyin həsrətini və peşmançılığını çəkirsiniz?
- (Susur) Uzaqdan olanda vətənimin həsrətini çəkirəm. Amma heç nəyə görə peşman deyiləm.

Milli.Az






RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

MOK vitse-prezidenti: "Azərbaycan Türkiyə ilə birgə Yay Olimpiya Oyunları keçirə bilər"

23 May 2017 17:07

"Mançester Yunayted"dən 100 milyonluq transfer - Rəsmi açıqlama

23 May 2017 17:07

Psixoloq Dəyanət Rzayevlə bağlı cinayət işinə xitam verildi

23 May 2017 17:05

Azərbaycanlı oliqarx Fərhad Əhmədovun milyonluq villası - VİDEO

23 May 2017 17:05

Bakıda şütüyən “səyyar at”: hamı narazı, hamı narahat... - ARAŞDIRMA

23 May 2017 17:04

Azərbaycanlı məşhur BÜTÜN GİZLİNLƏRİ AÇDI: “Buna görə xəcalət çəkirəm...” - FOTOLAR

23 May 2017 17:03

Fikri İşık: "Bölgədəki bütün münaqişələr ölkələrin ərazi bütövlüyü əsasında həll olunmalıdır"

23 May 2017 17:02

Azad Rəhimov qalib idmançılara verilən pul mükafatının məbləğinə aydınlıq gətirib

23 May 2017 17:01

Bu şəxslərə yeni evlər verildi

23 May 2017 16:59

Hollivud ulduzları zərgərlik brendinin gecəsində göz oxşadı - FOTOLAR

23 May 2017 16:58

Qəhvə hazırlayan telefon örtüyü istehsal edildi

23 May 2017 16:57

İslam oyunlarının açılışına və bağlanışına neçə milyon manat xərclənib? - NAZİR AÇIQLADI

23 May 2017 16:54

Mançester terrorunda şübhəli bilinən şəxs saxlanıldı

23 May 2017 16:52

Nazir: "Ruslan Lunyovun Dünya Kubokunda 11-ci yeri tutması pis nəticə deyil"

23 May 2017 16:47

Azərbaycanlı müğənni 19 il öncə

23 May 2017 16:47

"Siyasətimiz odur ki, müsəlman ölkələri arasında müharibələrə son qoyulsun” - İlham Əliyev

23 May 2017 16:44

Dünya bu inəkdən danışır

23 May 2017 16:44

Dayısı oğlunu öldürən Nurlana hökm oxundu

23 May 2017 16:42

Aİ rəsmisi: "Qarabağ münaqişəsi tezliklə həllini tapmalıdır"

23 May 2017 16:39

SOCAR-da "Bioloji müxtəliflik günü" qeyd edilib

23 May 2017 16:37

Saç uzatmaq üçün ən təbii üsullar

23 May 2017 16:37

Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis Federasiyaları arasında memorandum imzalanıb

23 May 2017 16:36

Yaxın il yarımda “Apple” şirkətinin kapitallaşma dəyəri 1 trilyon dollara çata bilər

23 May 2017 16:35

Məktəbli qızı maşın vurdu - Dərsdən qayıdırdı

23 May 2017 16:32

"Bu Oyunlar göstərdi ki, Azərbaycanda bütün idman növləri inkişaf edir"

23 May 2017 16:32

Çingiz Hüseynzadə: "İslamiadada 162 yox, 250 medal qazanmışıq"

23 May 2017 16:32

​Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirləri görüşdü

23 May 2017 16:32

Putin prezident seçkilərinə müstəqil namizəd kimi qatılacaq?

23 May 2017 16:29

Gəncənin yetirməsi olan azərbaycanlı məşhurlar - SİYAHI - FOTOLENT

23 May 2017 16:29

Tarixin axarını dəyişən 9 mənasız təsadüf - FOTOLAR

23 May 2017 16:28

Zakir Həsənov: “Separatizmə və terrora qarşı birgə mübarizə aparmaq sahəsində razılığa gəldik”

23 May 2017 16:27

Baş Prokurorluq internet portalının rəhbərinə xəbərdarlıq edib

23 May 2017 16:27

Yığmamızın rəqibinin heyətində daha iki futbolçu

23 May 2017 16:27

Dünya Bankı Rusiya iqtisadiyyatı üzrə artım proqnozunu azaldıb

23 May 2017 16:27

Vətəndaşlara 700 min “atan” şəxsə şərti cəza verildi

23 May 2017 16:24

Ağstafada məktəbdən gələn 15 yaşlı qızı maşın vurub

23 May 2017 16:22

Türk müğənni azərbaycanlı pərəstişkarlarına: "Onların məni sevdiyi qədər..."

23 May 2017 16:22

Bakıda taksi sürücüsü müştərinin başına oyun açdı

23 May 2017 16:19

Dubayda ağır yol qəzası

23 May 2017 16:19

"İslamiada Rio Olimpiadasından daha yüksək səviyyədə keçirilib"

23 May 2017 16:17

Abituriyent: “Ən böyük arzum yüksək balla Bakı Ali Neft Məktəbinə daxil olmaq idi”

23 May 2017 16:17

SOCAR-ın Batumidəki yanacaqdoldurma stansiyası TOP-10-a düşüb

23 May 2017 16:17

Misirdəki Azərbaycan diasporu: ÜAK-la bağlı qərar Rusiyadakı azərbaycanlılara qarşı hörmətsilikdir

23 May 2017 16:16

Sabaha olan məzənnə açıqlandı

23 May 2017 16:15

Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb

23 May 2017 16:14

Eksternat imtahanlarının nəticələri açıqlandı

23 May 2017 16:13

Azərbaycanın zəfəri: İslam dünyası nə qazandı, biz nə?

23 May 2017 16:13

"Toppuş bacı"dan qayınanasına təriflər - VİDEO

23 May 2017 16:12

Bakıda yol qaydalarını kobud şəkildə pozan sürücü - VİDEO

23 May 2017 16:12

Azərbaycanlı müğənninin hamıdan gizlətdiyi oğlu

23 May 2017 16:10