Aktrisa qızına görə görün nə etdi (FOTO)

Aktrisa qızına görə görün nə etdi (FOTO)
23:31 30 Dekabr 2015
96 Şou
Ölkə mətbuatı
A- A+

46 yaşlı avstraliyalı aktrisa Keyt Blanşet 2016-cı ildə heç bir filmə çəkilməyəcəyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, aktrisa karyerasında övladlığa götürdüyü azyaşlı qızı Edit Vivianın qayğısına qalmaq üçün fasilə verəcəyini deyib. O, 2016-cı ildə heç bir film və teatrda oynamayacaq.

Aktrisanın maraqlı qərarı hamını təəcünləndirib. Belə ki, əksəriyyət ulduzlar bütün güclərini karyerasına bəxş edirlər.

Məşhur aktrisanın sözlərinə görə, ailə onun üçün həyatında ən vacib pillədədir.


Keyt Blanşet və qızı Edit Vivian

"Hal hazırda bu ən əsasdır mənim üçün. Həmişə. Planlaşdırmışam ki, 2016-cı ili işləməyim. Bizim doğma övladlarımız balaca olanda onların qayğısını çəkmək unudulmaz olub. Onların ilk addımlarını, komanda olmaqlarını nümayış etməyi sözlər ilə ifadə etmək mümkün deyil".


Keyt Blanşet və həyat yoldaşı Endryu Apton

Keytlə 18 illik həyat yoldaşı Endryu Apton 2015-ci ilin martında övladlığa uşaq götürüblər. Cütlüyün özünün isə Deşiyel, İqnatius və Roman adı ilə 3 doğma övladı var. Onlar 1997-ci ildə evləniblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR