Azərbaycana qar yağmağa başladı - VİDEO

Azərbaycana qar yağmağa başladı - VİDEO
23:57 30 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Sinoptiklərin ilin son günlərində qar yağacağı ilə bağlı proqnozu özünü doğrultdu.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Quba ve Qusar rayonlarinda qar yağmağa başlayib. Məlumata görə, rayonlarda artıq bir saatdan çoxdur ki, qar yağır.

Qubanın əsasən Xınalıq kəndində qar yağması müşahidə olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadakı ərazi Hidrometrologiya müəssisə də qarın yağacağı barədə xəbərdarlıq etmişdi.

Bildirilirdi ki, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında da havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR