Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“PAŞA Bank” valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar müştərilərin itkilərinin əvəzini ödəyəcək

“PAŞA Bank” valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar müştərilərin itkilərinin əvəzini ödəyəcək

Azərbaycandakı maliyyə qurumlarının nağd valyuta əməliyyatları üzrə renkinqi (yanvar-fevral, 2017-ci il) (03 Mart 2017 13:27)
Beynəlxalq Valyuta Fondundan Azərbaycanın bank sektoruna tövsiyələr (02 Mart 2017 10:37)
“Kapital Bank”dan “PAŞA Həyat Sığorta”da transfer olub (01 Mart 2017 16:17)

Tarix: 31 Dekabr 2015 00:13


Bakı, 31 dekabr, AZƏRTAC
"PAŞA Bank" valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar kart üzrə əməliyyatlar nəticəsində hesabdan əlavə məbləğin silinməsi ilə bağlı müştərilərin müraciətlərini nəzərdən keçirib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “PAŞA Bank”ın idarə heyətinin qərarına əsasən, artıq manatın məzənnəsi dəyişdikdən sonra silinmiş vəsaitlərin hesablardakı qalıqlarında yaranan fərq bank tərəfindən ödəniləcək və müştərilərin hesablarında bərpa olunacaq. Beynəlxalq ödəmə sistemlərinin qaydalarına görə, əməliyyat aparılan anda hesabdakı vəsaitlər sadəcə əməliyyat gününün məzənnəsi ilə bloklanır.
"PAŞA Bank"ın baş kommersiya direktoru Melih Mengünün sözlərinə görə, vəsaitlərin hesabdan silinməsi isə bir müddət sonra, adətən 5 iş günü ərzində (digər tərəflərdən ödəmə tələbnaməsinin banka daxil olduğu vaxtdan asılı olaraq) vəsaitlərin silindiyi günün məzənnəsi ilə baş verir.

Teqlər:  PAŞA Bank valyuta məzənnələrinin dəyişməsi əlaqədar müştərilərin itkilərinin əvəzini ödəyəcək



RƏYLƏR


Top xəbərlər