Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Avropa Liqasında oynamağı arzulayıram" - "Kəpəz"uin futbolçusu

"Avropa Liqasında oynamağı arzulayıram" -   "Kəpəz"uin futbolçusu

Date: 31 December 2015 00:37

Qarşıdan 2016-cı il gəlir. Bu il həm də Çin təqviminə görə “qırmızı meymun” ilidir.

“Kəpəz”in dörd futbolçusu “meymun” ilində doğulub. Onlardan biri Tərlan Quliyevdir. Bunu nəzərə alan klub saytı Topaz Premyer Liqasının 2015/16 mövsümünün ilk yarısında komandanın bütün oyunlarında iştirak etmiş müdafiəçidən müsahibə götürüb.

- Hələ məktəbdə oxuduğum vaxtlardan bürcüm və ilimi bilirdim. Bürcüm qoç, anadan olduğum 1992-ci il isə “meymun” ilidir. Həmişə soruşanda hamıya deyirəm. Bəzən deyirlər ki, insanın doğulduğu bürcə və heyvana uyğunluğu olur. Amma məndə meymundan əsər-əlamət yoxdur (gülür). Meymun tullanandı, daim hərəkətdə olan heyvandır. Mən hərəkət etməkdə düşünən və səbrliyəm.
 
- Bu Yeni ildə arzuların nədən ibarətdir?
- Həm şəxsi, həm də çıxış etdiyim klubla bağlı arzularım var. Əslində qismətdə nə varsa, o da olacaq. Əsas istəklərim “Kəpəz”ə aiddir. Avroliqada oynamağı arzulayıram. Doğrudan da çox gözəl kollektivimiz var, aramızda mehribanlıq hökm sürür. Göz dəyməsin. Yerli və ya legioner olsun, hamı birdir. Tək dildə yox, əməldə də birik.

- Yeni il hamının səbrsizliklə gözlədiyi bayramlar arasındadır...
- Bizim evdə də yeni il təmtəraqla qeyd olunur. Amma mən bu bayrama adi yanaşıram. Bəlkə də bu xasiyyətimdən irəli gəlir. Mən Ramazan bayramının gəlişini səbrsizliklə gözləyirəm.
 
- Şaxta babanın varlığına hansı yaşa kimi inanmısan?
- Uşaqlıqda hamı kimi mən də Şaxta babaya inanmışam. Amma 9-10 yaşlarımda artıq bilirdim ki, bu yalan bir şeydir, o da bizim kimi adamdır (gülümsəyir). 
 
- Bəs, Yeni ildə hədiyyə almağı sevirdin?
- Düzdür, hədiyyəyə görə Yeni ili səbrsizliklə gözləyirdim. Tək hədiyyə almaq üçün səbrsizlənirdim. Özü də nə bağışlanmasının əhəmiyyəti yox idi. Bayramda hədiyyə almaq adama bir başqa cür ləzzət edir. Açığı, indi hədiyyə alacağımı gözləmirəm. Yəqin ki, özüm də heç kimə almayacağam. Almıramsa, nə verməliyəm?
 
- Qar topu oynamaqla aran necədir?
- Qar ən çox sevdiyim şeydir. Qarın yağmasını gözləyirdik ki, çıxaq həyətdə qar topu oynayaq, sürüşək. Amma artıq böyümüşəm, görürəm ki, qar yağanda yollarla bağlı problemlər ortaya çıxır.

- Bu Yeni ildə azarkeşlərimizi də unutmayaq...
- Təbii ki, onların da ünvanına xoş sözlər demək istəyirəm. Allah hamının ruzisini bol etsin, süfrəsi açıq olsun. Eləcə də azarkeşlərimizin. Fanatlarımız isti havaya, yağışa, küləyə baxmadan oyunlarımıza gəlib bizə dəstək verdilər. Onlar olmasaydı, komandaya çətin olardı. Azarkeşlərin dəstəyi nəticəsində cəmi bir ev oyununda uduzduq. Futbolsevərlərimizi 2016-cı ildə də stadionumuzda gözləyəcəyik.

Fanat.az

Tags:  Avropa Liqasında oynamağı arzulayıram Kəpəzuin futbolçusu

RƏYLƏR


Top news