Brüsseldə yeni il atəşfəşanlığı ləğv edildi

Brüsseldə yeni il atəşfəşanlığı ləğv edildi
00:49 31 Dekabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Belçikanın paytaxtı Brüsseldə terror təhlükəsi ilə əlaqədar yeni il atəşfəşanlığı ləğv edilib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə şəhər rəhbərliyi qərar qəbul edib.

 

Əvvəl planlaşdırıldığı kimi Brüsselin mərkəzində bir neçə saat ərzində musiqi ilə müşahidə olunan bayram atəşfəşanlığı keçirilməli idi. Lakin şəhərdə terror aktı törədilməsi ehtimalı ilə əlaqədar bayram tədbirləri ləğv edilib.

 

Qeyd edək ki, noyabrın 13-də Parisdə baş vermiş terror aktlarından sonra Brüsseldə ən yüksək terror təhlükəsi səviyyəsi elan edilmişdi. Brüsseldə 30-dan çox antiterror reydi həyata keçirilərək  22 nəfər saxlanılmışdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR