Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putinə "1" qiyməti verildi

Putinə "1" qiyməti verildi

Date: 31 December 2015 01:21

Analitiklər Rusiya prezidenti Vladimir Putin, baş nazir Dmitri Medvedev, Rusiya hökumətinin, Maliyyə Nazirliyinin və Mərkəzi Bankın iqtisadi işini qiymətləndiriblər.

ANS PRESS-in məlumatına görə, analitiklər Vladimir Putini ən pis iqtisadçı seçib. Rusiya prezidenti qiymətləndirilmələrdə ən aşağı qiymətləri alıb. “Bloomberg” agentliyi tərəfindən analitiklərdən soruşulan rəylərdə 22 ekspertdən 27%-i Rusiya prezidentinə "F" qiymətini (bir) qoyub. 50% Putinə "D" və "C" qoyub, yəni "iki" və "üç". Yalnız bir analitik Rusiya prezidentinə "A" ("əla") qiyməti verib.


Dmitri Medvedev - Rusiyanın baş naziri

“Rusiya iqtisadiyyatında çətinliklərin əksəriyyəti Rusiyaya qarşı çıxarılmış iqtisadi sanksiyalarla bağlıdır”, - deyə analitikliklərin əksəriyyəti bildirib.

Putindən bir az daha yaxşı nəticəni baş nazir Medvedev və onun hökuməti alıb. İqtisadi analitiklərin əksəriyyəti onlari "üç" ("C") qiymətləndirib. Anton Siluanovun başçılıq etdiyi Maliyyə Nazirliyi əsasən müsbət qiymətlərə layiq görülüb: rəyi soruşulmuş analitiklərin 52% Maliyyə Nazirliyinə "əla" və "yaxşı", 48% isə "üç" və "iki" qiymət verib.

Tags:  Putinə qiyməti verildi


RƏYLƏR


Top news