Əhməd Davutoğlu: "Türkiyə vurulan Rusiya hərbi təyyarəsi üçün üzr istəməyəcək"

Əhməd Davutoğlu: "Türkiyə vurulan Rusiya hərbi təyyarəsi üçün üzr istəməyəcək"
01:42 31 Dekabr 2015
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 dekabr. REPORT.AZ/ "Rəsmi Ankara Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiya hərbi təyyarəsi üçün heç kimdən üzr istəməyəcəyik". "Report" xəbər verir ki, bunu Baş nazir Əhməd Davutoğlu NTV telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, hər bir hökümət başçısının əsas vəzifələrindən biri - dövlət sərhədlərinin toxunulmazlığını təmin etməkdir.
"Biz, hələ 2012-ci ilin iyun ayında sərhədlərin müdafiəsi ilə bağlı lazımı qərarları qəbul etdik. Bu qərara əsaslanan Hərbi Hava Qüvvələri Komandanlığı da müvafiq əmr verib. Əyər pilotlar əmrə itaət etməsəydi cinayət törədərdi", - deyə Davutoğlu vurğulayıb.
O, qeyd edib ki, Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalardan hər iki dövlət zərər görəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/ehmed-davutoglu-turkiye-vurulan-rusiya-herbi-teyyaresi-ucun-uzr-istemeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR