Suriyada silsilə partlayışlar: 10 ölü

Suriyada silsilə partlayışlar: 10 ölü
02:44 31 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Kamışlı şəhərində bir-birinin ardınca üç partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar ticarət obyektləri və restoranların yerləşdiyi küçədə törədilib.

 

İlkin məlumata əsasən, hadisə nəticəsində azı 10 nəfər ölüb, çox sayda yaralıların olduğu bildirilir.

 

“Əl-Mayadin” telekanalı xəbər verir ki, terror aktları törədilən ərazinin yaxınlığında daha bir partlayıcı qurğu aşkar edilib. Bir sıra Suriya KİV-lərinin məlumatına əsasən, restoranlardakı  partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227232

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR