Ukrayna Marseli seçdi

Ukrayna Marseli seçdi
04:06 31 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko gələn il Fransada keçiriləcək futbol üzrə Avropa çempionatı haqda danışıb.

ANS PRESS-in məlumatına görə, futbol rəsmisi həmçinin ölkənin bir nömrəli komandasının qalacağı yerlə bağlı məsələyə də aydınlıq gətirib.

“Biz baş məşqçi Mixail Fomenko ilə birlikdə yığma komandamızın qalacağı yer kimi Fransanın cənubunu Marsel şəhərini seçmişik. Burada biz yığmamız üçün həlledici olacaq Polşa ilə oyuna çıxacağıq. Əgər biz Marseldə və ya onun ətrafında qalsaq onda oyunlara daha yaxşı hazırlaşmaq imkanı əldə edəcəyik. Amma hələlik bununla bağlı Fransanın müvafiq qurumları ilə bağlı son razılığa gəlməmişlik. Hazırda məsələ ilə əlaqədar danışıqlarımız davam edir”,- deyə Andrey Pavelko bildirib.


Ukrayna millisi

Ukraynalılar "Avro-2016"nın final mərhələsinə vəsiqəni "pley-off" oyunu nəticəsində əldə edib. İlk görüşdə Sloveniyanı 2:0 hesabı ilə məğlub edən Ukrayna millisi cavab matçında rəqibi ilə bərabərə qalıb - 1:1. Bu nəticə Mixail Fomenkonun yetirmələrini "Avro-2016"-nın final mərhələsinə daşıyıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368572

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR