Mərkəzi Bank: Yeni devalvasiya dalğaları istisna deyil

Mərkəzi Bank: Yeni devalvasiya dalğaları istisna deyil
04:19 31 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda hərrac mərkəzi yaradıldı (23 Aprel 2017 19:13)
"Suriyaya yeni zərbələrin endirilməsi istisna deyil" - (11 Aprel 2017 03:41)
ABŞ prezidenti dünya bazarında süni devalvasiya ilə mübarizə aparacaq (11 Fevral 2017 00:47)

Ortamüddətli dövrdə milli iqtisadiyyatın “yenidən balanslaşdırılması”, özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə (“təklif iqtisadiyyatı”) keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi iqtisadi siyasət qarşısında duran strateji çağırışdır.

 

APA-nın məlumatına görə, bu, Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında əksini tapıb.

 

Mərkəzi Bankın bəyanatında qeyd edilib ki, bu çağırışa uyğun olaraq milli iqtisadiyyatın yeni makroiqtisadi dayanıqlıq müstəvisinə keçirilməsi, bu əsasda iqtisadi siyasətin bütün istiqamətlərinin daha effektiv sinxronlaşdırılması vasitəsilə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bank hökumətlə birlikdə kompleks tədbirlər həyata keçirəcək. Mərkəzi Bankın bəyanatında vurğulanır ki, yüksələn qlobal risklər fonunda 2016-cı ildə də dünya iqtisadiyyatında artımın zəif və kövrək olacağı, beynəlxalq əmtəə və maliyyə bazarlarında isə qeyri-müəyyən şəraitin qalacağı proqnozlaşdırılır. Valyuta axınlarındakı qeyri-müəyyənliklər Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyutalarının məzənnələrindəki dəyişkənliyi artıra bilər. ABŞ-da monetar siyasətin sərtləşməsi və dünya əmtəə qiymətlərinin azalması şəraitində inkişaf etməkdə olan ölkələrdə yeni devalvasiya dalğalarının yaşanacağı istisna deyil.

 

Mərkəzi Bank nəzərə çatdırır ki, 2016-cı il üçün dünya bazarında neftin orta qiyməti ilə bağlı müxtəlif proqnozlar verilir. Dünya neft bazarında təklifin tələbi üstələməsi şəraitində əksər analitik mərkəzlər neftin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırırlar. 2016-cı ildə də qeyri-neft sektoru iqtisadi artımın başlıca mənbəyi olacaq. Milli iqtisadiyyatın və ixracın şaxələndirilməsinə yönəlmiş əlavə tədbirlər qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edəcək. Neftin qiyməti tədiyə balansının profisitinə təsir göstərən başlıca amildir. Müxtəlif qiymət ssenariləri üzrə hökumətin və Mərkəzi Bankın adekvat siyasət reaksiyaları mövcuddur. Neftin 30 ABŞ dolları qiymətinə düşməsi perspektivləri nəzərə alınmaqla makroiqtisadi siyasətin yeni şəraitə adaptasiyası təmin ediləcək. Manatın formalaşmış yeni əlverişli məzənnəsi neftin daha aşağı qiymətində belə idxalın əhəmiyyətli azalmasını və yerli istehsalla əvəzlənməsini, qeyri-neft ixrac potensialının reallaşmasını təmin etməklə tədiyə balansının tarazlaşmasına, habelə strateji valyuta ehtiyatlarının yüksək səviyyədə (hazırda ÜDM-in 100%-indən çox) qorunub saxlanmasına gətirib çıxarmalıdır. 2016-cı ildə pul siyasəti qərarları iqtisadi artım və inflyasiya riskləri balansının qiymətləndirilməsi əsasında qəbul ediləcək.

 

Mərkəzi Bank başlıca olaraq baza inflyasiyanın idarə olunmasına yönəlmiş siyasət həyata keçirəcək. Xarici ticarət tərəfdaşı ölkələrində inflyasiya və manatın çoxtərəfli məzənnəsində baş verən dəyişikliklər inflyasiyaya təsir edən mühüm amillər olacaq. İnflyasiyanın səviyyəsinə daxili tələbin dinamikası və xarici amillər təsir edəcək. Mərkəzi Bank pul siyasətinin çərçivəsini inflyasiyanın birbaşa hədəflənməsi rejiminə uyğunlaşdırmaq istiqamətindəki fəaliyyətini davam etdirəcək. İnflyasiyanın hədəflənməsi rejiminə keçid şərtlərinin reallaşdırılması ilə yanaşı, pul siyasəti dizaynında baş verən dəyişikliklər, mərkəzi bankların hədəf perimetrinin və alət arsenalının genişləndirilməsi ilə bağlı son meyillər nəzərə alınacaq. “Üzən məzənnə” rejiminə keçdikcə Mərkəzi Bank alternativ operativ hədəflər (“lövbərlər”) vasitəsilə inflyasiyanın monetar amillərinə təsir göstərməyə çalışacaq. Pul siyasətinin faiz dərəcələrinə və iqtisadiyyata ötürücülük qabiliyyətinin gücləndirilməsini təmin etmək üçün bu siyasətin effektiv həyata keçirilməsinin əsas mexanizmi olan banklararası pul bazarının inkişafının sürətləndirilməsi diqqət mərkəzində saxlanacaq, buradakı faiz dərəcələrinin faiz dəhlizi mexanizminə inteqrasiyası imkanlarına baxılacaq.

 

Mərkəzi Bankın bəyanatında bildirilir ki, 2016-cı ildə manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklif nisbətini müəyyən edən fundamental amillərin təsiri altında, “üzən məzənnə rejimi” çərçivəsində formalaşacaq.  Üzən məzənnə iqtisadiyyatın mənfi xarici şoklardan etibarlı qorunmasını, onun orta və uzunmüddətli dayanıqlığının gücləndirilməsini, iqtisadiyyatın və ixracın şaxələnməsinin sürətləndirilməsini, yerli istehsalın beynəlxalq rəqabət qabiliyyətinin daha da artırılmasını təmin etməlidir. Məzənnə rejiminin çevikliyinin artırılması valyuta ehtiyatlarının zəruri həcmdə qorunmasına imkan verən ən mühüm amildir. Eyni zamanda üzən məzənnə inflyasiyanın hədəflənməsi rejiminə keçidin başlıca şərtlərindən biridir.

 

Növbəti ildə iqtisadi subyektlərin üzən məzənnə rejiminə adaptasiyasının tamamlanması gözlənilir. 2016-cı ildə xarici iqtisadi şoklar, neftin qiyməti, xarici ticarətdə tərəfdaş ölkələrin, xüsusən neft amilinin güclü təsir etdiyi ölkələrin milli valyutalarının dəyişməsi dinamikası valyuta bazarına və manatın məzənnəsinə təsir göstərən əsas amillər olacaq. Digər tərəfdən, fiskal siyasət, o cümlədən dövlət investisiya siyasəti, xarici borcun idarə olunması, beynəlxalq hesablaşmalar mexanizminin təkmilləşdirilməsi tədbirləri və digər institusional məsələlərin həlli valyuta balansına təsir edəcək mühüm amillərdir. Bütün bunları nəzərə alaraq, 2016-cı ildə Mərkəzi Bank hökumətlə birgə sərəncamında olan imkanlardan istifadə etməklə valyuta bazarının tarazlaşdırılmasına və bu əsasda kəskin məzənnə tərəddüdlərinin hamarlanmasına çalışacaq.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şüuraltı fikirləri təmizləmək mümkündür

25 İyun 2017 23:22

"Ərimə hər gün yenidən aşiq oluram" - məşhur müğənni

25 İyun 2017 23:22

Oturaq işləyən insanlar diqqətli olun

25 İyun 2017 23:22

Ucarda çimərkən boğulmuş yeniyetmənin meyiti tapılıb

25 İyun 2017 23:17

Kişiyə qadın paltarı geyindirib küçədə gəzdirdilər -

25 İyun 2017 23:15

Tovuzda özünü qatarın altına atan qadının kimliyi bilindi

25 İyun 2017 23:14

Cinlərin adları və növləri

25 İyun 2017 23:12

"Canlanmış" şəkillər sanki hərəkət edir - FOTO

25 İyun 2017 23:05

Göygöldə İNANILMAZ QƏZA: Mübahisə etdi, avtomobili üstünə sürdü

25 İyun 2017 23:03

Formula-1 Azərbaycan Qran-Prisi gərgin anlarla yadda qalıb

25 İyun 2017 22:57

Dövrümüzün ən gözəl universal - FOTO

25 İyun 2017 22:57

Astmanın əlamətləri

25 İyun 2017 22:52

Çox sevinmək ürəyə ziyandır -

25 İyun 2017 22:51

Bəd-nəzər həqiqətən varmı?

25 İyun 2017 22:47

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb

25 İyun 2017 22:37

Audi-nin ən sürətli kabrioleti - FOTO

25 İyun 2017 22:37

Tonqo sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

25 İyun 2017 22:37

Tanış olun: İnstagram-dakı zəngin valideynlər - FOTO

25 İyun 2017 22:32

Yəməndə məcidlərin birində atışma: 4 ölü

25 İyun 2017 22:29

Müəllim və həkim heyəti məcburi tarlalara göndərilir

25 İyun 2017 22:27

"İyrənc texnologiya" -

25 İyun 2017 22:23

Akademik Ziyad Səmədzadənin 77 yaşı tamam olub

25 İyun 2017 22:22

Bu axşam fitrə çıxarmağı unutmayın

25 İyun 2017 22:22

Astma xəstəliyinə qarşı istifadə edilən bitki

25 İyun 2017 22:22

20 min azərbaycanlını dinindən döndərmək İSTƏYİBLƏR

25 İyun 2017 22:22

Cəlilabadda ölümlə nəticələnən QƏZA

25 İyun 2017 22:18

Qan qrupu xarakterinizdən xəbər verir

25 İyun 2017 22:17

Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI

25 İyun 2017 22:17

Göygöldə “Opel“ piyadanı vuraraq sürüdü

25 İyun 2017 22:14

Prezident İlham Əliyev Qran-Prinin final yarışına baxıb

25 İyun 2017 22:12

Göygöldə mübahisə etdi, maşını ilə vurdu

25 İyun 2017 22:12

Göygöldə mübahisə edən şəxslərdən biri digərini maşınla vurub

25 İyun 2017 22:07

Onlar fotoşop qurbanlarıdır - FOTO

25 İyun 2017 22:05

Bakıda 25 min manatlıq CİNAYƏT

25 İyun 2017 22:04

Tanınmış teleaparıcı rep oxudu - VİDEO

25 İyun 2017 21:58

BMW 6-Series Gran Turismo - FOTO

25 İyun 2017 21:57

Adolf Hitler ölməyib -

25 İyun 2017 21:53

Darçın yağının faydaları

25 İyun 2017 21:52

Evə soxulub ana və qızı bıçaqlayan tutuldu

25 İyun 2017 21:47

Saqqız çeynəməyin faydaları

25 İyun 2017 21:47

Lənkəranda qətl törədən şəxs Bakıda tutuldu

25 İyun 2017 21:44

İsrail hərbiçiləri sərhəddə Suriya mövqelərinə hücum edib

25 İyun 2017 21:43

Konfederasiyalar Kuboku: Yarımfinal cütlükləri bəlli oldu

25 İyun 2017 21:42

Lexus CT 200h-ı təkmilləşdirib - FOTO

25 İyun 2017 21:37

Yuxarı Şirvan kanalında naməlum kişi meyiti tapılıb

25 İyun 2017 21:32

19 yaşlı aktrisa alış-verişdə - FOTO

25 İyun 2017 21:32

Almaniyadan Ərdoğanın mühafizəçilərinə QADAĞA

25 İyun 2017 21:23

İlan sancması zamanı nə etməli?

25 İyun 2017 21:22

Android telefonları olanlar -

25 İyun 2017 21:20

Bakıda iraqlı turistin meyiti tapıldı

25 İyun 2017 21:19