Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Məşhur futbolçu: "Səni öldürəcəm"

Məşhur futbolçu: "Səni öldürəcəm"

Date: 31 December 2015 05:21

"Qalatasaray"ın ulduz futbolçusu Uesli Sneyder İstanbuldan vətəninə yola düşərkən "Atatürk" hava limanında qalmaqalla üzləşib.

ANS PRESS-in məlumatına görə, hollandiyalı oyunçu onun şəkili çəkən türkiyəli jurnalistə əsəbləşib.

Yeni ilin gəlişi ilə əlaqədar həyat yoldaşı Yolante Kabau və körpə oğlu Xesus Xava ilə ölkəsinə yollanırmış.Oğlunun sənədlərində problem olan futbolçunu həmin vaxt “Fanatik” nəşrinin fotoqrafı görüntüləyib. Buna əsəbləşən Sneyder fotoqrafa hücum çəkib. O, jurnalistdən şəkli silməyi tələb edib və media mənsubunu hədələyib: “Səni çöldə tapıb, öldürəcəm. O şəkilləri sil”. 31 yaşlı oyunçu hətta telefonla media mənsubunun şəklini çəkmək istəsə də, təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra futbolçu istəyinə çata bilməyib.






Tags:  Məşhur futbolçu Səni öldürəcəm

RƏYLƏR


Top news