Dollar daha bir ölkənin valyutasını üstələdi

Dollar daha bir ölkənin valyutasını üstələdi
06:11 31 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Braziliyanın milli valyutası real xarici valyuta bazarında növbəti dəfə dəyərini itirib. ANS PRESS-in məlumatına görə, valyutanın dəyəri 2 faiz ucuzlaşdıqdan sonra 1 dollar 3.96 reala bərabər olub. Bu ilin əvvəlində Braziliya realı, ümumilikdə, 33 faiz dəyər itirib və 2015-ci ildə ən çox dəyərdən düşən valyutalar sırasındadır. Realın ucuzlaşmasına səbəb isə, ölkənin iqtisadi tənəzzül dövrü keçirməsidir.

Hökumətin büdcəni balanslaşdıra bilməməsi, həmçinin, prezident Dilma Rusefə qarşı ittiham cəhdləri də valyuta məzənnəsinin düşməsinə səbəb olan digər amillərdəndir.

Rusef 2014-cü ilin büdcə layihəsini hazırlayarkən qanunları pozmaqda ittiham olunurdu.

Braziliyanın dövlət neft şirkəti "Petrobras" əməkdaşlarının rüşvətxorluqda ittiham olunması da ölkə iqtisadiyyatının zəifləməsinə səbəb olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR