Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğanı müşayiət edən jurnalist Mədinədə öldü

Ərdoğanı müşayiət edən jurnalist Mədinədə öldü

Date: 31 December 2015 06:44

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı Səudiyyə Ərəbistanı səfərində müşayiət edən jurnalistlərdən biri Mədinə şəhərində dünyasını dəyişib.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, Türkiyədə gündəlik nəşr olunan “Akit” qəzetinin şef redaktoru və köşə yazarı Həsən Karakaya qaldığı oteldə infarkt keçirib.

 

Jurnalistə ilk tibbi müdaxiləni prezident administrasiyasının səhiyyə işçiləri göstərib. Daha sonra “Kral Fəhd” xəstəxanasına çatdırılan Karakayanın həyatını xilas etmək mümkün olmayıb.

 

Jurnalistin ölümü səbəbindən prezident Ərdoğan səfərini başa vuraraq Türkiyəyə qayıdıb. Həmçinin Həsən Karakayanın cənazəsi də təyyarə ilə İstanbula aparılıb.


Tags:  Ərdoğanı müşayiət edən jurnalist Mədinədə öldü

RƏYLƏR


Top news